Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


12.07.2019  10:32 

Maduro ilə müxalifət arasında daimi razılıq əldə olundu





A+  A-

Venesuela Prezidenti Nikolas Maduro ölkənin müxalifət nümayəndələri ilə daimi dialoqla bağlı razılığa gəlib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“Müxalifətlə üç gün davam edən stressli danışıqlardan sonra daimi danışıqlar masası qurmağı qərara aldıq”, - deyə o, yazıb.

Prezident bu məsələdə Norveç hökumətinin dəstəyini yüksək qiymətləndirib və tərəflərin tezliklə sülh şəraitində yaşayacağı ilə bağlı müsbət nəticələr əldə edəcəyinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, danışıqlar 9 iyulda Barbadosda Norveç hökumətinin iştirakı ilə başlayıb. Tərəflər iqtisadi, siyasi, mədəni və sosial sahələrdə ölkənin həyatına dair altı məsələni müzakirə etməlidirlər.

Xatırladaq ki, Venesuelada situasiya bu il yanvarın 23-də müxalifət lideri Xuan Quaydonun özünü ölkənin müvəqqəti prezidenti elan etməsindən sonra kəskinləşib. ABŞ daxil olmaqla Avropa İttifaqına üzv və Latın Amerika ölkələrinin əksəriyyyəti onu dövlətin qanuni başçısı kimi tanıyıblar. Rusiya və digər ölkələr isə Maduronu dəstəklədiklərini bəyan ediblər.

Xəbər 3092 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +