Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


07.07.2019  10:23 

Argentina 3-cü oldu, Messi medalı götürmədi





A+  A-

“Copa America”da üçüncülük uğrunda Çili üzərində 2:1 hesablı qələbə qazanan Argentina millisinin ulduz futbolçusu Lionel Messi hakimə etiraz əlaməti olaraq bürünc medalı almaqdan imtina edib.
XəzərNews.az xəbər verir ki, bunu oyundan sonra jurnalistlərə açıqlamasında təcrübəli futbolçunun özü deyib:

“Hər ikimizə də sarı vərəqə verilə bilərdi. Amma, ola bilsin ki, ötən dəfə Braziliya ilə oyundan sonra dediklərim bəzilərinə çox təsir edib. Medalı almadım, çünki biz bu turnir boyunca bu cür hörmətsizliyin bir hissəsi olmalı deyilik. Heç şübhəm yoxdur ki, Braziliya bu turnirin çempionu olacaq", - deyə Messi bildirib.

Qeyd edək ki, oyunun 37-ci dəqiqəsində Lionel Messi ilə Qari Medel arasında gərginlik yaranıb. Bu zaman referi hər iki futbolçuya qırmızı vərəqə göstərərək, onları meydandan qovub.

Xəbər 950 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +