Əli Kərimli saxlanıldı
UEFA “Neftçi”ni 40 min avro cərimələdi
Avtobusların hərəkət sxemi dəyişdirildi
İstirahət günü yağış yağacaq
“28 May”a gedən bütün küçələr bağlandı
Mitinqə görə metronun 3 stansiyası bağlandı
Axtarışda olan narkotik alverçiləri saxlanılıb
Yerə asteroid yaxınlaşır
Atəşkəs yenə pozuldu
Rusiyada bənd uçdu, 10 nəfər öldü


19.06.2019  17:57 

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq





A+  A-

Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”, “Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Bundan başqa, “Nar” idmançıların 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirakına da dəstək olacaq. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək.
XəzərNews.az xəbər verir ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. Eyni zamanda, klub idmançıları 2012-ci ildən paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya oyunlarının qızıl, gümüş, bürünc medallarını qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq gənclərə və idmana hər zaman dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 411 dəfə oxunub.



19.10.2019  18:56 

Əli Kərimli saxlanıldı

19.10.2019  13:54 

İstirahət günü yağış yağacaq

19.10.2019  11:20 

Yerə asteroid yaxınlaşır

19.10.2019  10:43 

Atəşkəs yenə pozuldu

18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik

18.10.2019  09:57 

Bu ərazilərdə qaz kəsiləcək

18.10.2019  09:06 

“El Klasiko” təxirə salındı

18.10.2019  08:43 

Balın bilmədiyiniz faydaları


BÜTÜN XƏBƏRLƏR +