Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


16.06.2019  15:53 

Füzulidə Qurtuluş günü qeyd olunub - Fotolar





A+  A-

Horadiz şəhəri Heydər Əliyev parkında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert tədbiri keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayonun idarə müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Alı Alıyev deyib:

“Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır."







Xəbər 3198 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +