Aqrar Universitet müəllimlərə 300 min manatdan çox pul verəcək
Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir
Partiyaların maliyyə hesabatı şəffafdırmı?
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi


06.05.2019  16:58 

Tamaşaçıların yenidən “tapdığı” AzTV...





A+  A-

Azərbaycan Televiziyası (AzTV) həmişə fəaliyyətinə görə müzakirə mövzusu olub. Dövründən asılı olaraq ya tənqid, yaxud də təqdir obyekti olan AzTV-də son 3-4 ayda start verilən islahatlar, yeniliklər ictimaiyyətin təqdir obyektinə çevrilib. Tarixiliyini qoruyub saxlamaqla yanaşı, Azərbaycan adət-ənənələrinin təbliğatçılığı televiziyanın əsas məqsədlərindən olub. AzTV artıq bu gün həm də daha çox tamaşaçının tələbatını ödəmək və onların maraq dairəsinə uyğun fəaliyyət göstərmək istiqamətində ciddi-cəhdlə fəaliyyətdədir.
Tamaşaçılarının həyatında mühüm rol oynamaqla yanaşı, milli təzahür formalarını formalaşdıran AzTV-nin informasiya cəmiyyətinin qurulmasında fəaliyyəti misilsiz və danılmazdır. Açıq deyək ki, AzTV keçmişlə bugünkü müasirliyin vəhdət təşkil etdiyi bir informasiya təminatçısıdır. Belə deyək: formaca müasirlik, məzmunca millilik AzTV-də xarakterik xüsusiyyətə çevrilib artıq. TV özünün milli simasını qoruyub saxlaması ilə xarakterikdir. Elə bu səbəbdən də AzTV artıq hər bir jurnalistin həyatında peşəkar izlər qoyan dövlət televiziyasıdır. Hər şeydən əvvəl bu ana televiziya zəngin ənənələri olan yaradıcılıq məktəbidir.

Görünən budur ki, Azərbaycan Televiziyası bu gün öz tamaşaçılarına informasiyanı tam dəqiq, operativ çatdırmaq üçün bütün işçilərini səfərbər edib.

Geri dönən ənənə...

Televiziyaya gənc kadrlar, peşəkarlar cəlb edilir, yeni layihələr həyata keçirilir, vaxtı ilə getmiş peşəkarlar qaytarılır. Artıq verilən məlumata görə, televiziya filmləri və tamaşalarının illik planı da təsdiqlənib, bəzilərinin çəkilişlərinə start verilib.

Vaxtı ilə anşlaq olan və sonradan unudulmağa məhkum olan AzTV teletamaşaları ənənəsi artıq geri qayıdır.

Bir vaxtlar tamaşaçılar üçün tək ünvan olan, son illər itirdikləri AzTV sanki yenidən “tapılıb”...

Bundan başqa, sayı artırılan ictimai-siyasi mövzulu verilişlər gündəmdə olan hadisələrin müzakirəsinə həsr olunur. AzTV-də müxtəlif müəllif proqramları efirə vəsiqə qazanıb, redaksiyalarda fərqli verilişlər çəkilir. Azərbaycanın tarixini, müasirliyini, gəncliyinin təbliği və elm potensialının inkişafı ilə bağlı, həmçinin adət-ənənəsini özündə əks etdirən kifayət qədər yaxşı verilişlər yayımlanır.

Son illər informasiya texnologiyalarının inkişafı televiziya kanallarına marağı bir qədər azaldıb. Bu azalmaya xüsusən də AzTV daxil idi. Amma bütün çatışmazlıqlara baxmayaq son üç-dörd ayda aparılan islahatlar, görülən işlər sayəsində bu gün Azərbaycan Televiziyasının tamaşaçıları rəngarəng və müxtəlif zövqlü proqramları izləyir.

Yeni rəhbər – sədrin vəzifəsini icra edən Rövşən Məmmədov gənc olduğu qədər də peşəkardır. Jurnalistikanın demək olar ki, bütün mərhələlərini keçib, maraqlı verilişlərə imza atıb. Elə vaxtlar da yuxarıda sadalananların həyata keçirilməsi bu dediklərimizi yazmağa əsas verə bilər. Müşahidələrdən aydın olur ki, tutduğu əsas mövqe nəinki, AzTV-nin əvvəlki təsirini, gücünü, şöhrətini qaytarmaq, onun müasirliklə sintezini yaratmaqdan ibarətdir.

Dövlətin etimadı və AzTV

Fevral ayında Azərbaycan Televiziyasının maddi-texnika bazasının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 3 milyon manat vəsait ayrıldı. Bu da gözlənildiyi kimi böyük və zəngin ənənələri olan AzTV-nin yaradıcılıq imkanlarının genişlənməsinə zəmin yaradıb. Bu həm də onu göstərir ki, Prezident də AzTV-ni etibar etdiyi yeni və gənc rəhbərliyə inanır, etimad göstərir. Yüksək etimadı qısa müddət ərzində doğrultmağa çalışan yeni rəhbər və yaradıcı komanda Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün reallıqları, həqiqətləri məhz AzTV-nin efirindən obyektiv şəkildə işıqlandıraraq dünyaya və ölkəmizə çatdırır.

AzTV-də bu gün də gerçəkləşən kadr dəyişikliyi proseslərində yeni çalarlar görünür. Ən əsası isə ondan ibarətdir ki, baş verən dəyişiklikləri, müasirliyi sadə Azərbaycan vətəndaşı belə artıq hiss edir. Məhz elə kadr seçimində istər peşəkarlara istərsə də yeni nəslin yetişdirilməsinə köklənən diqqət birbaşa dövlət etimadının aliliyindən xəbər verir. Yeri gəlmişkən, televiziyaya yeni kadrların cəlb edilməsi də diqqətimizdən yayınmır. Bunun özü də yaxşı göstəricidir. Kadr seçiminin uğurlu olmasını ictimaiyyət, xüsusən də bu sahənin mütəxəssisləri təsdiq edir. Deyildiyi kimi, seçimində yanılmayanın etimadlılığı sarsılmaz olar.

Dövlət kanalında müəyyən proseslərə yeni yanaşma özünü büruzə verir, artıq daha çox plüralizmə üstünlük verilir. Eyni zamanda, müzakirələrin sərbəstliyi xüsusilə də ictimai-siyasi mövzularda aparılan müzakirələrin səmərəliliyi, konkret ünvanlı olması diqqət çəkir. Bundan başqa, orada milli kursa sabitlik hər zamankı kimi yenə də qorunub saxlanılır. Bütün bunlar sevindirici haldır.

Sürprizlər, gözləntilər...

Desək ki, indi Azərbaycan Televiziyasında studiyalar daha yeni formatda göz oxşayır, aparıcılar elə “ORT”-də, “NTV”-də, “SNN”-də və sair dünya kanallarında təqdimat edən aparıcılardan heç də geri qalmır, elə bunun özü tamaşaçılar üçün bir AzTV sürprizidir...

Verilişlərin, proqramların yeni dizaynı həm tematikliyi, həm də cəlbediciliyi təmin edir. Siyasi proqramlardan olan “Xəbərlər”, “Rakurs”, “Planet” artıq dizaynı yenilənmiş studiyalarda çəkilir. Cəmiyyətdə böyük əks-səda yaradan tok-şoulara çevrilən “Əsas məsələ”, “Nəsillərin debatı” digər ictimai-siyasi verilişlər əhatə dairəsini genişləndirib. Və burda maarifləndirmə əsas missiya kimi öndədir. Çəkiliş pavilyonlarının zəngin maddi-texniki baza ilə təchiz edilməsi məqsədilə xüsusi layihələr hazırlanır. Bu məqsədlə peşəkar mütəxəssislərdən ibarət heyət formalaşıb. Azərbaycan Televiziyasının Akademiyası da bir sıra yeniliklərə də start verib. Akademiyanın 9 illik tarixi olsa da, bu illər ərzində yalnız televiziya kursları səviyyəsində fəaliyyət göstərib. Ancaq yeni rəhbərliyin dövründə, yəni ilin əvvəlindən etibarən AzTV-də gedən müsbət dəyişiklikləri artıq bu istiqamətdə də görmək olur. Müasir dövrün tələblərinə cavab verə bilən, yeni təfəkkürlü, ideoloji baxımdan mütərəqqi peşəkarlar hazırlamaq gücünə malik bir akademiyanın yaradılması günün tələbi kimi hədəflənib. Məlumatlara görə, hazırda Türkiyədən də müəllimlərin dəvət olunması ilə bağlı danışıqlar aparılır.

Məlumatlara görə, yaxın zamanlarda televiziyanın internet portalının da yeni və müasir dizaynda fəaliyyətə başlayacağı gözlənilir. Həmçinin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yenidən qurulub. Sosial Media Qrupu texniki avadanlıqlarla, kompüter, xüsusilə “İnstagram” səhifəsinin işlədilməsi məqsədilə android sistemli mobil telefon, bandicam və digər proqramlarla təmin ediləcək. Artıq televiziya özünün informasiya alətlərini, “Facebook”, “İnstagram” səhifələrini yaradıb, eyni zamanda “Youtube” kanalını da açıb. Beləcə bu yaradıcı ailə hər ötən gün gəncləşir, gənclər isə sabahın peşəkarlarına çevrilir.

Bir sözlə, Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan bütün islahatlar və əldə olunan dinamik inkişaf bu televiziya məkanında da gündəlik fəaliyyət istiqamətlərində özünü göstərir. Bu baxımdan tamaşaçıları daha böyük yeniliklər gözləyir və tamaşaçılar da artıq AzTV-dən yeniliklər umur.


N. Niftiyev

Xəbər 17688 dəfə oxunub.




19.03.2024  15:13 

Fərid Bakarova hökm oxunub

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib


BÜTÜN XƏBƏRLƏR +