Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.04.2019  09:46 

“Məni Kiyevə buraxın, məhkəməyə çıxım” - Saakaşvili





A+  A-

Gürcüstanın keçmiş prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynada prezident seçkilərinin “exit-poll” nəticələri elan olunduqdan sonra Kiyevə qayıtmaq istədiyini və bilet aldığını deyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Saakaşvili ölkəyə girişinə qoyulan qadağanın ləğv olunması üçün müraciət ünvanlayıb:

“Mənim biletim var və vəkilim vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinə, sərhəd qoşunlarının rəhbərinə rəsmi müraciət etmişik ki, Poroşenkonun dövründə mənə qoyulan qadağa götürülsün. Mən Kiyevə getmək və məhkəmə qarşısında özümü müdafiə etmək istəyirəm.

Kiyevə getməyi ürəkdən arzulayıram. Çünki orada oxuyub, orada orduda xidmət etmişəm. Vətənim Gürcüstan qədər sevdiyim ölkədən qovulmaq ədalətli deyil”.

Xəbər 3203 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +