Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.04.2019  14:45 

Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir





A+  A-

Xəbər verdiyimiz kimi, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva nın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib. Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib.

Lakin təklif edilən yerlər Bəhram Bağırzadə və Tahir İmanov tərəfindən bəyənilməyib.

Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilməsində israr edir.

Qeyd edək ki, B.Bağırzadə heykəlin “Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.

T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır.

Xəbər 2801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +