Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.01.2019  21:38 

Manatın taleyi ilə bağlı daha bir proqnoz - CƏDVƏL





A+  A-

“Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb. Ötən il valyuta satışı əvvəlki ildən 54,9 faiz, idxal isə 32,2 faiz çox olub”.
XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Ekspertin sözlərinə görə, 2018-ci ildə idxal 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb: “Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə də bu il ərzində ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 5 milyard 576 milyon dollara çatıb ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 54,9 faiz çoxdur. Hesablamalar göstərir ki, ARDNF bu ilin 7 ayında ötən ildəki qədər valyuta satıb”.

O, bildirib ki, bu il ərzində ARDNF-nin orta aylıq satışı 464,6 mln ABŞ dolları olub: “Ötən il üzrə orta aylıq valyuta satışı göstəricisi 299,8 milyon ABŞ dolları olub. Göründüyü kimi bu il üzrə orta aylıq valyuta satışı göstəricisi ötən ilkindən 54,9 faiz çoxdur”.



Q. İbadoğlu qeyd edib ki, rəsmi statistikaya görə, bu ilin 11 ayında idxalın həcmi 10295,5 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur: “Ötən ilki idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq.

Göründüyü kimi ötən il manata təzyiqi artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər çoxalacaq”.

Daha geniş məlumatlar cədvəldə təqdim olunub:


Xəbər 936 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +