Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


25.12.2018  11:46 

“Sahibkarın vəziyyəti pisləşməyəcək” - Güzəştlərlə bağlı konfrans





A+  A-

Vergilər Nazirliyi bu gün Vergilər Məcəlləsinə edilən son dəyişikliklər barədə mətbuat konfransı keçirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nazir müavini Sahib Ələkbərov çıxış edərək Məcəlləyə edilən əlavə və əsas dəyişikliklərin mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək islahatlar barədə danışıb.

Nazirliyin vəzifəli şəxsi Əvəz Quliyev bildirib ki, yeniliklərə görə sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib:"Mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi vergidən azad edilir. Qanunvericilikdə edilən dəyişikliklərlə bağlı müvafiq maddələrin tələblərini ilk dəfə pozan şəxs cərimələnməyəcək, ona birinci dəfə üçün yazılı xəbərdarlıq olunacaq.

Pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə sahibkarlara güzəştlər ediləcək. Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçirilirlər.

Təhsil müəssisələri mənfəət vergisindən azad olunur".

S. Ələkbərov qeyd edib ki, məcəlləyə edilən dəyişikliklərin ikinci istiqaməti kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşması haqdadır:

"Belə ki, əmək müqaviləsi imzalamadan işçiləri işə cəlb edən işəgötürən birinci dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfələrdə 6 min manat cərimə olunacaq.

Vergitutma sahəsində edilən dəyişikliklərə görə topdansatış, xəz-dəri satışı ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi hüququndan istifadə edə bilməyəcəklər. Eyni zamanda, ofşor zonalarda aparılan əməliyyatlarda da vergitutma tətbiq olunacaq".

***

Vergi Qanunvericiliyi İdarəsinin direktoru Əvəz Quliyev bildirib ki, vergi güzəştləri edilən şəxslər maliyyə gəlirlərini gizlədərsə, onlara maliyyə sanksiyaları tətbiq ediləcək:

"Kiçik və Orta Biznes subyektləri 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir. "Startap" şəhadətnaməsi əldə edən şəxslər 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunurlar".

***

Daha sonra Sahib Ələkbərov bildirib ki, dəyişikliklərlə bağlı layihə aprel ayında hazırlanıb: "Biz öncə sahibkarlar və ekspertlərlə görüşüb müzakirələr apardıq. Sonra sənədləri Nazirlər Kabinetinə göndərdik. Onlar da layihəni müvafiq nazirliklərə təqdim etdi və hər maddə üzrə müzakirələr aparıldı. Elə maddələr var idi ki, onlar xeyli mübahisələr yaratdı. Yekunda Milli Məclis 3 oxunuşda dəyişiklikləri qəbul etdi. İnanın ki, bu dəyişikliklərin heç biri sahibkarın vəziyyətini pisləşdirməyəcək.

Bu dəyişiklikləri sahibkarlara aydın olması üçün sadə dildə, misallarla izah edən kitab hazırlamışıq və Nazirliyin saytında da yerləşdirilib".

Xəbər 1340 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +