150 nəfər İŞİD-çi Türkiyəyə aparılır
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Sabah yağış yağacaq, külək əsəcək
Metroda işıqlar söndü, sərnişinlər qatarda qaldı
Əsəbdən yaranan 7 xəstəlik
Mənzildə ən təhükəli yer açıqlandı
Dünyanın ən bahalı brendləri məlum oldu
Balın bilmədiyiniz faydaları
Ramal “Maşın”dan getdi
Türkiyə ordusu suriyalılara müraciət etdi


17.12.2018  09:26 

Yol polisindən sonuncu xəbərdarlıq





A+  A-

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb.
XəzərNews.az xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırıb. Açıqlamada bildirilir ki, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

DYP xatırladır ki, dünən Salyanda üzərində dəmir qırıntılar daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı digər nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Opel”in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin qabaq alın şüşəsindən girərərk sürücünün həyatına son qoyub. Həmin hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməsi barədə göstəriş verilib.

Həmçinin dünən Nəsimi rayonu ərazisində "QAZ-31" markalı avtomobil 12 metr uzunluqda armatur daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan müayinəyə dəvət edilib və sənədləri tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzin tökərək həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Digər bu kimi xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən yol polisi yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər belə olmadan bu cür nəqliyyat vasitələrini idarə edir. Bəzən belə avtomobilləri 5-6 nəfər ayrı-ayrı vaxtda idarə edir. Yəni onlar buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Nəqliyyat vasitəsi kimi həmin avtomobili saz vəziyyətdə saxlamırlar, işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Dövlət Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atırlar, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti, imkanı var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, öz bizneslərini qururlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir. Bunu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.

Yol polisi bir daha xəbərdarlıq edir ki, belə nəqliyyat vasitələri aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tədbirlər görüləcək.

Xəbər 629 dəfə oxunub.



18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik

18.10.2019  09:57 

Bu ərazilərdə qaz kəsiləcək

18.10.2019  09:06 

“El Klasiko” təxirə salındı

18.10.2019  08:43 

Balın bilmədiyiniz faydaları

17.10.2019  21:34 

Ramal “Maşın”dan getdi

17.10.2019  18:04 

Məzənnə açıqlandı

17.10.2019  14:03 

Sabah 28 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +