Bezosun sərvəti yenə rekord qırdı
AZAL Berlinə xüsusi reyslər açır
500 manata görə bıçaq çıxardı
Son 6 ayda 324 min e-arayış verilib
“iPhone 12“də bunlar olmayacaq
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb
Lütfi Qədirov həbs edildi
Baş epidemioloq istefa verdi
Dünən karantini pozan 1874 nəfər cərimələnib
Bu yerlərdə su olmayacaq


17.11.2018  09:34 

İbrət alın, növbə sizindir, ey alimi-biəməllər!





A+  A-

"Alim öldü, aləm öldü" - demişdi İslam Peyğəmbəri. Praktik olaraq bizdə tam əksinədir: "Alim öldü, aləm dirildi". Düzdür, sevinməyə əsasım yoxdur, çünki bu bədxassəli "şiş" artıq metastaz verib və digər nəfskar akademik, rektor, yekə alim, hətta "dramaturq", bəzi yazıçı və şairləri də əhatə edib.
Kəsilib atılan akademik-rektor mərəzini pisləmklə özlərini sığortalamaq istəsələr də, çifayda. Hətta rektor olub həmkarlarını əvəz edə də bilərlər. İnanın ki, aqibət eyni olacaq. Cənab sabiq rektorun dərin strukturlardakı əməlləri səthi strukturda yalnız qırmızı şərab şəklində təzahür etdi. Əslində o qədər də pis sonluq deyil. Təki dərd şərab dərdi olsun! Digərlərinki daha faciəvi ola bilər. Bu, formadır. Bu gün sinəsinə döyüb özünü sədaqət simvolu kimi göstərməyə çalışanların məzmunu yalnız dərin strukturların araşdırılmasında üzə çıxacaq. Düzdür, dərinə baş vurmaq çətindir, amma mədhiyyələrlə maskalanan potensial xəyanət məhz həmin qatda gizlənir. Mərəzin kökünü kəsmək lazımdır, budaqları öz-özünə quruyacaq.
İbrət alın, növbə sizindir, ey alimi-biəməllər! Özünüzdə güc tapıb, əl çəkin mal-mülk hərisliyindən. Axı siz özünüzü aydan arı, sudan duru sanırsınız və gözünüzdəki tiri görmürsünüz! Özünüz azmışsınız kimi, övladlarınızı da, layiq oldu, olmadı, yüksək vəzifələrə itələyir, əliəyriliyə öyrədirsiniz. Elə isə siz alim yox, zərəli həşəratsınız! Fərq etməz, ya rəhbər, ya da xalq olsun, axırbaşı cəzalandıracaqlar sizi. Özü də Allahın təqdiri ilə! Çünki qanlı mülklərinizlə, çirkli pullarınızla cəzalanmağa tam haqqınız çatır. Sizlərin üzündən ölkə məhv olub gedir. Ümidlər tükənir. Rektor-akademik, yaxud sadəcə akademik elmə tüpürüb harınlıq edirsə, xüsusi istedadı olmayan oğul səfir olub alverə qurşanırsa, bunların fonunda azərbaycanlı ailələr ehtiyac girdabında qıvrılırsa, vecsizlərin ucbatından şəhid ailələri baxımsız qalırsa, xalq içərisində az-çox nüfuz qazanan ziyalısı, şairi, yazarı provakasiya edirsə, idarəetmə mexanizmi xeyli mürəkkəbləşir.

Dini-mənəvi dəyərin nə olduğunu dərk etməyən zatın hadisələrə münasibət bildirməsi əttökəmdir. Dövlət maraqları qalıb bir tərəfdə, adam şəxsi münasibətləri atıb ortaya süni tərəfgirlik edərək qrup dəstəyi almaq məqsədilə provakasiya yaradır.

Ay kəlpeysər, bir bax, gör, sən nə qədər yığmısan? Övladlarını hansı postlara dürtmüsən? Hansı fövqəladə kompetensiya sahibisən? Arxasında xəyanətin dayandığı yataqlığı xüsusi qabiliyyətmi sayırsan? Harınlıq azarı səni də tutub. Sanma ki, Abel yağışı yağdı, çatlaqlar örtüldü. Əksinə, fəsli-zimistan ərəfəsində çatlaqlar bir az da genəldi. İnşallah, yarığa sən və sənin kimi danaburnular da düşəcək.

PS. Dəridən-qabıqdan çıxıb yaltaqlanan akademikə, rektora, yaxud yekə, bəzən xırda alimə dərhal deyirəm: "Alim titulunu daşıdığın halda, əyri yolla nə qədər mal-mülk yığmısan, oğlunu, qızını, yaxınını hansı vəzifələrə yerləşdirmisən, babat çalıb-çapa bilirsən, barı?". Bilirəm ki, belələrinin nəinki Vətən, millət, heç insanlıq heysiyyatları belə yoxdur.
Allah hifz etsin!


İdris Abbasov
Filologiya elmləri doktoru


Xəbər 2667 dəfə oxunub.



09.07.2020  12:10 

Hovuzda saxlanıldılar

09.07.2020  09:34 

500 manata görə bıçaq çıxardı

09.07.2020  08:57 

Türkiyədə zəlzələ oldu

08.07.2020  23:18 

Füzuli və İlahi eşq

08.07.2020  15:48 

“iPhone 12“də bunlar olmayacaq

08.07.2020  14:08 

Lütfi Qədirov həbs edildi

08.07.2020  13:49 

Sabahkı hava da əlverişs olacaq

08.07.2020  12:45 

Baş epidemioloq istefa verdi

08.07.2020  11:20 

Bu yerlərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +