Masazırdakı post nə məqsədlə qurulub?
İsrailin Səhiyyə naziri koronavirusa yoluxdu
Koronavirusun yeni simptomları elan edildi
Xəzərdə zəlzələ olub
Çeçenistana da giriş-çıxış bağlanır
Ermənilər mülki vətəndaşlarımızı atəşə tutdu
Karantini pozan kafe sahibi həbs edildi
Ermənistanda 571 nəfər koronavirusa yoluxub
“Dövlət rüsumu haqqında” qanun dəyişdirilir
Bu qanuna dəyişiklik gözlənilir


12.10.2018  22:05 

Boyunduruq sevgisi, yaxud maddi sıxıntıdan doğan nostalgiya





A+  A-

Rus xalqı dünya mədəniyyətinə çöx böyük dahilər bəxş edib, doğrudur. Ancaq demək ki, Azərbaycan əldə etdiyi mədəni və elmi nailiyyətlərə görə Rusiyaya, dolayısı ilə Rusiya işğalına borcludur, bu, yumşaq desək, yaxşı hal, normal düşüncə məhsulu deyil.
Birincisi, nə olursa-olsun, işğal faktının qəbul edilməsi yaxşı deyil, hətta ləyaqətsizlikdir. İkincisi, rusiyapərəstlərin iddia etdiyi kimi, əgər doğrudan da korifeylərimiz Rusiya işğalından sonrakı düzənin hesabına yetişiblərsə, o zaman o cür mədəniyyət və elm xadimləri niyə Orta Asiyada yetişmədi? Məsələn, niyə qazaxların Üzeyir Hacıbəyovu, Qara Qarayevi yoxdur? Orta Asiyadakılar nə üçün bizdə olmadı? Məsələn, niyə bizim Çingiz Aytmatovumuz yoxdur?

Bəziləri bizi Rusiya müstəmləkəsi olmuş Azərbaycanı müstəqil Türkiyə ilə müqayisə edərək deyirlər ki, o boyda Türkiyə mədəni cəhətdən bizdən geri qalır. Cavab olaraq tək Əziz Sancar və Orhan Pamukun adını çəksəm, yetər. Yılmaz Erdoğan, Nuri Bilge Ceylan, Semih Kaplanoğlundan danışmıram belə... Xalqın mədəni potensialı inkişafda əsas faktordur. Əgər bu amil olmasa, heç bir fövqəladə qüvvə bu inkişafı doğura bilməz. Qazax akını Cambul Cabayevi Stalin qorxusu belə korifey edə bilmədi.

Əgər müqayisə aparırsınızsa, o zaman, digər işğalçıların kaloniyalarına nəzər salın: Honq-Konqun, Tayvanın inkişafına baxın, bir də Rusiya müstəmləkələrinə baxın. Demirəm ki, kaş, bizi ABŞ, Britaniya işğal edəydi. Lənət olsun bütün işğallara! Deyirəm ki, işğalçıya, boyunduruğa məhəbbət çox pis psixoloji xüsusiyyətdir.
Başa düşürəm, bugünkü maddi çətinliklər sovet nostalgiyası doğurur. Lakin SSRİ-nin də çətin vaxtları olub. Biz ailəmizin dolanışığını normal təmin edə bilmiriksə, ildə bir dəfə tətilə getmək imkanımız olmursa, övlad yanında xəcalətli qalırıqsa, bunun günahı müstəqillyimiz deyil, özümüzük.

Azər Sarıyev

Xəbər 2330 dəfə oxunub.



01.04.2020  18:36 

Xəzərdə zəlzələ olub

01.04.2020  10:41 

Bu qanuna dəyişiklik gözlənilir

31.03.2020  17:11 

Bu gün axşamdan metro bağlanır


BÜTÜN XƏBƏRLƏR +