Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


12.09.2018  18:26 

Rusiya Polşadakı seçkilərə də müdaxilə edib





A+  A-

Polşa Rusiyanın 2014-cü il seçkilərinə müdaxiləsindən şübhələnir.
XəzərNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, söhbət 2014-cü ildə rəsmilərin dinlənməsi qalmaqalından gedir.

Məlumatlara görə 2016-cı ildə rəsmilərin dinlənməsini təşkil edən iş adamı Marek Falentanın Rusiya şirkətinə milyonlarla dollar borcu olduğu bildirilir.

Falenta Varşava restoranlarında rəsmilərin 80 görüşünün 700 saatlıq səs yazısını həyata keçirməkdə ittiham olunub.

Dinlənilənlər sırasında Avropa yönümlü “Vətəndaş platforması” partiyasının üzvləri olan daxili işlər, xarici işlər, nəqliyyat və maliyyə nazirləri də olub. Burada həmçinin Milli Bank, yüksək audit idarəsi, hökumətin müdafiəsi idarəsi və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Bürosunun rəhbərlərini də unutmaq olmaz.

Falentanın Rusiya şirkətinə borcu burada Rusiyanın əlinin olduğuna işarə edir. Bu dinləmələr sayəsində “Vətəndaş platforması” partiyası xalq dəstəyindən məhrum olub.

“2014-cü ildə əməliyyatı zamanı biz Rusiyanın digər ölkələrin - ABŞ, Kataloniya və Almaniyadakı seçkilərə nə dərəcədə müdaxilə etməyə hazır olduğunu anlamırdıq. İndi bu ölkələrdə nə baş verdiyini öyrəndikdən sonra, bizə Polşada yaşananlar haqqında tam izah lazımdır” - “Vətəndaş platforması” partiyasının üzvü Yoanna Kluzik-Rostovska bildirib.

Səs yazılarının əsas hissəsi 2012-ci ildə əsası qoyulmuş “Sowa i Przyjaciele” restoranında qeydə alınıb.

2016-cı ildə isə məlum olub ki, Varşavadakı restoran Robert Şustkovskinin iki şəriki tərəfindən qurulub. Şustkovskinin köhnə iş ortağı Yeva Domjala nəşrə onun rus oliqarx Andrey Skoçla birgə çalışdığını bildirib. Hazırda Rusiya dumasının deputatı olan Skoç isə apreldə “Rusiyada mütəşəkkil cinayətkar qruplaşmalarla keçmiş əlaqələr və həmçinin özünün bu müəssisələrə vaxt sərf etməsinə görə” ABŞ-ın xəzinə sanksiyaları siyahısına salınıb.

Onun şəriki olan Falentanın özü də Kemerovada Şustkovskinin rəhbərliyi altında Rusiyanın kömür şirkəti “Kuzbasskaya Toplivnaya” şirkəti ilə müqavilə üçün görüşə gedib. Hesabata görə müqavilə adı altında Falentanın 20 milyon dollar borc alması nəzərdə tutulur.

Şustkovski Falenta ilə əlaqələrini etiraf etsə də, onunla iş birliyi iddialarını rədd edir.

Nəşrin “Rusiyanın seçkilərə qarışanının araşdırılmasına hakim dairələrdən nə dərəcədə maneələr yaradılması” haqda rəsmilərə ünvanlanmış sualları cavabsız qalıb.

“Rusiya ilə əlaqələr çoxşaxəli və aşkar idi. Lakin bu əlaqələr heç bir zaman layiqli şəkildə araşdırılmayıb” – nəşrin xüsusi xidmət orqanlarında olan mənbəsi bildirib.

O, həmçinin xüsusi xidmət orqanlarının siyasiləşdirildiyini və artıq 2014-cü ildə rəhbərlərin siyasi küləyə görə istiqamət aldıqlarını vurğulayıb. Mənbənin sözlərinə görə burada əsas sual kimlərin Rusiyanın sifarişi ilə bu vəzifələrə gətirilməsi məsələsidir.

Qeyd edək ki, ABŞ-da xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il prezident seçkilərinə qarışması məsələsini araşdırır.

Xəbər 1489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +