Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.08.2018  13:48 

Bakıda manyak peyda olub - Sərnişinləri ölümlə hədələyir +Video





A+  A-

Bakıda sərxoş şəxsin mütəmadi olaraq marşrut avtobuslarında sərnişinləri hədələməsi barədə məlumat yayılıb.
“Xaliq Faiqoğlu” şirkətindən XəzərNews.az-a verilən məlumata görə, son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

Belə ki, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. Həmçinin “avtobus manyakı” sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilmiş dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

İstismarçı şirkət tərəfindən həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edilib.

VİDEO

Xəbər 7329 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +