Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


23.07.2018  10:14 

Ziya Məmmədovun oğlundan alınan bazar batır – FOTOLAR





A+  A-

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlundan alınan ticarət mərkəzi batır. Söhbət “28 May” keçidindəki köşklərdən gedir.
XəzərNews.az AzEuroNews.com-a istinadən bildirir ki, burada “Qarant” holdinqə aid olmuş köşklərin işi daha da pisləşib.

Satıcılar buna şəhərdə çoxalan ticarət obyektlərinin təsir etdiyini bildirirlər. “28 May” ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt” MMC idi.



Bu firma Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant” holdinqə daxil idi. Sonra köşklər söküldü, ticarətçilər aksiyalara başladı, sahibkarların pulu batdı.

A.Məmmədovdan ticarət mərkəzi alındıqdan sonra yeni qaydalar qüvvəyə mindi. Nəticədə onlarla ticarətçi zərər çəkdi.

Hazırda ticarət obyektlərinin qapıları açıqdır, müştərilərə ucuz qiymətə mallar təklif edirlər. Amma ətrafdakı mağazalar onları bazardan çox sıxışdırıb.

“28 Mall” açılanda bizim bazarımız öldü. Çünki orda da bəzi mağazalarda qiymətlər ucuzdur, gedib ordan alırlar”, – deyə satıcı Rəşad deyir.



Onunla yanaşı mağazada işləyən Vüsalın sözlərinə görə, “Royal İsteyt” MMC çoxlarının haqqını tapdaladı, bir hissəsi buranı tərk etməli oldular.

Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub.

1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb.

2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə “ZQAN” Holdinqə icarəyə verilib.



Bu şirkət isə köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, ayrı-ayrı sahibkarlara icarəyə verib.

Bir neçə il əvvəl mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirmişdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər.



Ticarət mərkəzinin hansı qurumun tərkibində olduğu bilinməsə də, icarə haqları Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti yığır.

Amma tacirlər işləyə bilmirlər və yer haqlarını ödəməkdə çətinlik çəkirlər. Onlar ümid edirlər ki, bazar dərslərin başlanması ərəfəsində qızışacaq.

“Camaat istirahətə gedir, kimisi xaricə, kimisi səfalı rayonlarımıza…Kimdir indi özünə ayaqqabı, köynək alan? Odur ey Türkiyədə su qiymətinə satırlar.



İndi şəhərdə mağazalar da çoxdur, milət qaranlıq keçidlərə düşməyə də tənbəllik edir”,-deyə Famil şikayətlənir. Haqlıdır, bəlkə də…


Xəbər 1827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +