Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakının mərkəzində yol çökdü
Onların maaşı artırıldı - 2000 manat...
Yeni İl ərəfəsində əfv olacaq?
İsrail Qəzza zolağı ilə sərhədləri bağladı
Daha bir ölkə dollardan imtina etdi
Metrodan istifadə edənlərin sayı artıb
Prezidentdən yeni - Təyinat
Evlərin divarlarında yeni çatlar yarandı
“Üçüncü sinif dərsliyində erotika var”


19.07.2018  14:25 

Gürcüstan Ermənistanın təklifini rədd etdi





A+  A-

“Ermənistan Gürcüstana BMT-də hər iki ölkə əleyhinə olan qətnamələrlə bağlı səsvermə zamanı bitərəf qalmağı təklif edib. Lakin Gürcüstan bu günə qədər bunun mümkün olmadığını bildirir”.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan Tbilisidə gürcü jurnalistin sualını cavablandırarkən bildirib.

Gürcüstanın İctimai Televiziyasının jurnalisti T. Balayana sualında Ermənistanın BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnamənin əleyhinə səs verməsinin səbəbləri barədə maraqlanıb. Gürcü jurnalist bildirib ki, Ermənistanın Gürcüstanın əleyhinə səs verməsi Gürcüstanda narazılıq yaradır. Buna cavab olaraq T. Balayan qeyd edib ki, Ermənistan Gürcüstana hər iki ölkənin əleyhinə olan bəyanatları qarşılıqlı olaraq imzalamamağı təklif etsə də, bu təklif qəbul olunmayıb.
Suala Ermənistan baş nazirin müşaviri Arsen Xaratyan da münasibət bildirib. O deyib ki, BMT-də Gürcüstanın Ermənistanın əleyhinə səs verdiyi qətnamələr də olur.

Qeyd edək ki, Ermənistanın ötən ay BMT Baş Assambleyasında “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamənin əleyhinə səs verib. Ermənistan 2008-ci ildən qeyd olunan sənədi dəstəkləmir.

Xəbər 550 dəfə oxunub.




17.10.2018  20:54 

Mehman Hüseynov həbsdə qaldı

17.10.2018  19:17 

De Mistura istefaya hazırlaşır

17.10.2018  18:43 

Bakının mərkəzində yol çökdü

17.10.2018  17:25 

Məzənnə dəyişmədi

17.10.2018  14:19 

Yeni İl ərəfəsində əfv olacaq?

17.10.2018  13:48 

ABŞ Polşaya qaz satacaq

17.10.2018  09:26 

Bu yollarda sürət həddi endirildi

17.10.2018  09:05 

Anqola 200 min miqrantı qovdu


BÜTÜN XƏBƏRLƏR +