Putin Trampla münasibətləri HAQDA
Nemət Pənahlı həbsdə qaldı
“Azərbaycanla sanki həndbol oynayırdıq”
“Lotu Quli” sərbəst buraxıldı
Sabah 25 dərəcə isti olacaq
Sürüşmə zonasında son vəziyyət belədir
İmişlidə çoban 2 nəfəri güllələdi
MTRŞ-dən Mehribanın verilişinə reaksiya
Krımda ölənlərin sayı 20-yə çatdı
“Maykl”ın qurbanları 33-ə çatdı


14.07.2018  10:45 

“İcra başçıları insanları aşağıda görürlər” - Millət vəkili





A+  A-

“Məmur-vətəndaş münasibətləri çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var”.
XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində deyib. O, bildirib ki, çox təəssüflər olsun ki, icra başçılarının əksəriyyəti məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər yaradırlar: “Onlar özlərini vətəndaşdan yuxarıda hissi edirlər, insanları aşağıda görürlər, bu, qəbuledilməzdir! Hesab edirəm ki, Gəncədə baş verən hadisələr zamanı ağsaqqallar da öz sözlərini deməliydilər, çıxıb əhali ilə danışmalıydılar. Heç bir günahı olmayan iki polisin öldürülməsi qəbuledilməzdir. Onların ana-bacıları, balaları niyə gözüyaşlı qalmalıydı? Onların bu məsələlərdə heç bir günahı yoxdur.

Ümumiyyətlə, bu silsilə xarakterli hadisələrin hamısı idarə olunan hadisələrdir. Bunların hamısını araşdırmaq, lazım gələrsə, müdaxilə edən hansısa bir dövlətə nota da vermək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən hadisələrə yol verilməsin! Mən baş verənləri adi hadisələr saymıram”.

Millət vəkili elektrik böhranı ilə bağlı da danışıb: “İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri bu sistemə külli miqdarda vəsait xərcləmişik. Həmçinin 30-dan çox elektrik stansiyaları tikilib, istifadəyə verilib. Əvvəllər işıqla əlaqədar rayonlarda, elə paytaxtımızda çox ciddi problemlər var idi. Amma son hadisələrə qədər elə ciddi problem yox idi. Birincisi, o vəsaitin xərclənməsinin hamısını Etibar Pirverdiyevlə bağlamaq olmaz. Buna məsul olan digər qurumlar da var. Azərbaycan hökuməti, Nazirlər Kabineti, bu qurumda həmin sahəyə məsul şəxslər, şöbələr var, həmçinin baş nazirin müavini var. Mingəçevir İES həmişə nəzarətdə olub. Mən baş nazirin birinci müavini olanda mütəmadi şəkildə ora getmişik, baxmışıq, müəyyən işlər görülüb. Görünür, son vaxtlar bu məsələ nəzarətdən yayınıb. Ona görə də araşdırmanı ciddi aparmaq lazımdır. Azərbaycanda xüsusi nazirlik yaradılıb, Energetika Nazirliyi, o nazirlik nə ilə məşğul olur? Orada xüsusi şöbələr, nəzarət orqanları var. Bunlar araşdırılmalıdır ki, günahkarların kimliyi barədə əhaliyə məlumat verilsin”.

Xəbər 666 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.10.2018  17:42 

Putin Trampla münasibətləri HAQDA

18.10.2018  16:11 

Nemət Pənahlı həbsdə qaldı

18.10.2018  15:07 

At oğrusu tutuldu

18.10.2018  13:43 

Kanaldan meyit tapıldı

18.10.2018  13:21 

Sabah 25 dərəcə isti olacaq

18.10.2018  11:09 

DTX xarici casusu həbs etdi - FOTO

18.10.2018  10:57 

Yeni Yasamalda su olmayacaq

18.10.2018  10:26 

Torpaq yola doğru irəliləyir

18.10.2018  10:17 

Türkmən nazir Bakıya gəldi


BÜTÜN XƏBƏRLƏR +