“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


10.07.2018  13:46 

Nəsimi rayon Məhkəməsi “ədalət” şousunu davam etdirir





A+  A-

Bir neçə gün əvvəl redaksiyamıza müraciət edən “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, 20 kitabın, 350-dən çox elmi-publisistik məqalənin müəllifi, professor Rafiq Əliyevin Nəsimi rayon Məhkəməsində üzləşdiyi haqsızlıqlarla bağlı müraciətini təqdim etmişdik.
Həmin müraciətdən sonra Nəsimi rayon Məhkəməsinin işə daha obyektiv yanaşacağına, faktların və məhkəməyə təqdim olunan sübutların yenidən araşdırılacağına və sonda ədalətli qərar çıxarılacağına nəinki ümid bəsləyir, hətta buna əmin idik. Təəssüflər olsun ki, kifayət qədər sübutlar olmasına baxmayaraq, Nəsimi rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva qanunları görməzdən gəlməyə davam edir. Belə ki, 09.07.2018-ci il tarixdə baş tutan məhkəmə iclasında qərəzli mövqe tutaraq Rafiq Əliyevin əleyhinə qərar çıxarıb.
Mövzu ilə bağlı əvvəlki yazılarımızla tanış olmayanların diqqətinə çatdıraq ki, söhbət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” MMC-nin direktoru Tariyel Ağayevin Rafiq Əliyeva qarşı qaldırdığı əmlak və borcun geri ödənilməsi tələblərindən gedir. Redaksiyamıza məsələ ilə bağlı müraciət edən vəkil Fuad Kərimovun sözlərinə görə, həmin borcun 90 faizi qaytarılsa da, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilsə də məhkəmə nədənsə işi iddiaçıların xeyrinə həll edib.

Qəbzlərdə borc manatla göstərilir, məhkəməyə müraciətdə isə dollarla...

Maraqlıdır ki, məhkəmə qarşısında qaldırdıqları əmlak iddialarının cəfəngiyyat olmasının artıq anlaşıldığını görən qarşı tərəf – Tariyel Ağayev və Anar Əsədov ötən günkü məhkəmə iclasında əmlak tələbindən imtina edərək, cavabdehlərə qarşı yalnız 292,807 ABŞ dolların qaytarılması iddiası ilə çıxış ediblər. Bu rəqəmin haradan götürüldü heç kimə bəlli deyil. Nə iddiaçılar, nə də hakim həmin rəqəmlə bağlı heç bir izaha və şərhə lüzum görməyib. Qeyd edək ki, borcun ümumi məbləği 1.429.000 manat olub və elə təkcə imzalanmış qəbzlərə əsasən, onun 1.090.000 manatı qaytarılıb. Həmin qəbzlər artıq işə əlavə olunub. Əvvəlcə bu faktı gizlətməyə çalışan iddiaçılar sonradan etiraf etməli olublar. Bundan əlavə, Tariyel Ağayevə daha 200.000 manatın verilməsi şahidlərin ifadələri ilə təsdiqlənib. Belə olduğu halda cəmi 130.000 manat borc qalır. Bunu işə baxan hakim Natəvan Tağıyeva özü də yaxşı bilir. Sonradan iddiaçılar əsas borcun, guya illik 5 faiz olmaqla 75,330.22 ABŞ dollar (bu, ümumiyyətlə havadan götürülmüş rəqəmdir), dəymiş mənəvi ziyana görə kompensasiya qismində 100,000 manat pul vəsaiti və yaxud Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə inşa edilmiş yaşayış binasının 2 mərtəbəsinin alınaraq (iki mərtəbənin ümumi bazar qiyməti (243 km.+243 kv.m. x 2000man = 972,000 man) onlara verilməsini xahiş ediblər.

Artıq qeyd etdiyimiz kimi, iddiaçılar öz ərizələrində cavabdeh şəxs Rafiq Əliyevə yaşayış binasının tikintisi üçün 933,986 ABŞ dolları verdiklərini qeyd etsələr də, bu məlumat öz sübutunu tapmayıb. İş materiallarında olan, iddiaçıların məhkəməyə təqdim etdikləri yeganə yazılı sübutdan - 24 mart 2017-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar qarşı tərəfə borcu manatla (1,429,000 manat) veriblər. Sadəcə olaraq borcun ödənilməsinə başlanılan vaxtda həmin məbləğin dollarla ifadəsi 933,986 ABŞ dolları təşkil edib. Beləliklə, iddiaçılar yenə də məhkəməyə yanlış məlumat verirlər. Çünki qəbzdə borcun manatla verildiyi yazılıbsa, məhkəməyə müraciətdə borcun məbləğinin dollarla qeyd edilməsi əsassızdır.

İddiaçılar mühüm sübut olan ödəniş qəbzlərini məhkəmədən gizlədiblər

Vəkil iddia edir ki, ən əsası borcun məhz manatla verildiyini 13.02.2018-ci il tarixdə iddiaçı Ağayev Tariyel Məmməd oğlu Nəsimi RPİ-nin 20-ci polis bölməsində yazdığı izahatda təsdiq edib. Göründüyü kimi, Tariyel Ağayevin məhkəməyə ünvanladığı ərizəsi ilə polis bölməsində yazdığı izahat bir-birilə ziddiyyət təşkil edir. Belə çıxır ki, o, ya məhkəməni aldadır, ya da polisə yanlış məlumat verir. İstənilən halda hər iki əmələ görə həmin şəxs qanun qarşısında cavabdehlik daşımalıdır. Tariyel Ağayevin qanunsuz əməlləri bununla bitmir. Belə ki, məhkəməyə müraciət edən və Rafiq Əliyevə qarşı iddia qaldıran bu şəxs geri aldığı pulların ödənilməsi ilə bağlı əlindəki qəbzləri məhkəmədən gizlədərək hakimə təqdim etməmişdir. Daha dəqiq desək, qəbzdə qeyd olunmuşdur ki, məbləğin böyük hissəsi – 910 min manat birbaşa bank kreditinin ödənilməsi üçün banka köçürülmüşdür. Aydın məsələdir ki, istənilən bank əməliyyatının möhürlü və imzalı qəbzi olur. Amma iddiaçılar banka ödədikləri pulların məbləği üzə çıxmasın deyə həmin qəbzləri gizlədiblər. Sonradan məlum olub ki, sən demə, iddiaçıların banka ödədikləri məbləğ əslində qəbzdə qeyd olunandan da azdır. Bu fakt AGBank ASC-nin Mərkəz filialının direktoru K.Ə.Əliyevin 01.03.2018-ci il tarixli məktubunda açıq-aşkar öz əksini tapıb. Belə ki, Tariyel Ağayev 25.12.2015-ci il tarixdən 12.04.2016-cı il tarixə kimi Rafiq Əliyevin bank hesabına nağd şəkildə 884,187 manat ödədiyi halda polisə verdiyi izahatda banka 905 000 manat ödədiyini deyib. Sonra Rafiq Əliyevə imzalatdırmaq üçün hazırladığı qəbzdə isə bu məbləği bir az da artıraraq 910 000 manat qeyd edib.

Hakim kimə güvənir: iddiaçının bankdakı tanışlarına, yoxsa məhkəmə ekspertizasının üzvlərinə?

Vəkil əlavə edir ki, məhkəmə bu vəziyyətdə bankın təqdim etdiyi arayışda əks olunan məbləğ əsas götürməli olduğu halda iddiaçıların yanlış məlumatlarını diqqətdə saxlayır. Hələ bu azmış kimi, borc gecikdirilərsə ona əlavə faizlərin hesablanması nəzərdə tutulmadığı halda iddiaçıların nümayəndəsi öz imzası ilə təsdiq etdiyi faiz cədvəlini məhkəməyə təqdim edərək, həmin hesablama əsasında qətnamə qəbul edilməsini xahiş edib.
Uzun illərdir məhkəmə sistemində çalışan və hazırda Rafiq Əliyevə vəkillik xidməti göstərən hüquqşünas Fuad Kərimov bütün bunların böyük qanun pozuntusu olduğunu deyir: “Əvvəlki iclaslarda vəsatət vermişdik ki, iddiaçıların hesablamaları qüsurludur və xahiş etdik ki, qaytarılmamış borcun məbləğini və faizləri hesablamaq üçün iş üzrə məhkəmə -mühasibat ekspertizası təyin edilsin. İddiaçıların nümayəndəsi məhkəmədə bildirdi ki, onlar bu hesablamaları bankda işləyən tanışlarına etdiriblər və onların tanışları verilən borcu bank krediti kimi qiymətləndirərək borcun verildiyi gündən illik 5% olmaqla faiz hesablayıb. İşə baxan hakim Natavan Tağıyeva 09.07.2018-ci il tarixdə elan etdi ki, vəsatətimiz təmin edilmir və iş üzrə ekspertiza keçirilməyəcək. Bu o deməkdir ki, məhkəmə iddiaçıların cəlb etdikləri, adı, təhsili, peşəkarlıq səviyyəsi məlum olmayan bir şəxsin hesablamalarını mötəbər sübut kimi qəbul edərək, bu sübutun bitərəf qərəzsiz ekspert tərəfindən tədqiq edilməsinə ehtiyac duymayıb. Bu qərarın qanunsuz, qərəzli olduğunu demək üçün, sizcə, hüquqşünas olmağa ehtiyac varmı? Hər şey göz qarşısındadır. Hakim Natəvan Tağıyeva iddiaçı Tariyel Ağayevin bankda işlədiyi tanışlarına məhkəmə ekspertizasının üzvlərindən daha çox güvənir”.

Məhkəmə vəkilin öz vəzifəsini icra etməsinə süni əngəllər yaradır

Vəkil Fuad Kərimov proses müddətində vəkil kimi özü də haqsızlıqla üzləşdiyini bəyan edir. Məsələn, o, 03.07.2018-ci il tarixdə iş üzrə məhkəmə iclas protokolları ilə tanış olmaq üçün hakimə müraciət etsə də, ona əvvəlcə ərizə ilə müraciət etməli olduğunu bildirib, sonra da ərizə yazmasına baxmayaraq, yenə də protokolları təqdim etməyiblər: “09.07.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında hakimə bildirdim ki, həmin protokollarla tanış olaraq çıxışıma hazırlaşmalıyam. Hakimdən müvafiq şəraitin yaradılmasını, protokolların mənə təqdim edilməsini və məhkəmə iclasını təxirə salmasını xahiş etdim. Hakim növbəti dəfə qanunsuzluğa yol verərək, protokolları tanış olmaq üçün mənə təqdim etməkdən və məhkəmə iclasını təxirə salmaqdan imtina etdi. Dəfələrlə iddiaçıların nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə və ya çıxışa hazırlaşmaq üçün onun xahişi ilə məhkəmə iclasları təxirə salınsa da, məhkəmə eyni hüququ cavabdeh şəxs üçün tanımaqdan yayındı. Bu fakt da məhkəmənin açıq-aşkar qərəzli olduğunu sübut edir. Vəkil olaraq bu, birbaşa mənim də fəaliyyətimə əngəldir. 25.05.2018-ci il tarixdə keçirilən məhkəmə iclasının protokolu mənim üçün əsas idi. Çünki həmin tarixdə iş üzrə hər iki tərəfin dəvət etdiyi şahidlər dindirilmişdir. Onların izahatlarının protokolda hansı formada əks olunması iş üçün mühüm əhəmiyyət kəsb. Protokolların təqdim edilməməsi onların həqiqiliyinə məndə ciddi şübhələr yaradır. Beləliklə, məhkəmə məni məhkəmə iclası protokolları ilə tanış olmaq, çıxışıma hazırlaşmaq hüquqlarımdan məhrum edərək, tələm-tələsik iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edib”, - deyə vəkil redaksiyamıza ünvanladığı müraciətdə qeyd edir.

Redaksiyamıza müraciət edən vəkil Fuad Kərimov məhkəmənin qərəzli mövqe tutduğunu faktlarla əsaslandırır: “Heç dərinə getməyək. Adi bir məqamı qeyd edim. Təsəvvür edin adi bank kreditləri ilə bağlı mübahisələrdə belə məhkəmələr bir qayda olaraq cavabdeh hesablamaları mübahisələndirdikdə məhkəmə - mühasibat ekspertizaları təyin edir. Bizim mürəkkəb hesablamalarımızda isə iddiaçıların məhkəməyə təqdim olunan rəqəmlərin düzgünlüyünü yoxlamağa ehtiyac duyulmadı. Mən uzun illərdir ki, məhkəmə sahəsində çalışıram. Məhkəmədə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu, bizim haqqımız idi. Axı üç il ərzində bir milyon manatdan çox vəsaitin hissələrlə verilməsini, qaytarılmasını, həmin məbləğlərə faizlərin hesablanmasını hakim özü yoxlaya bilməz. Bu hesablamaları xüsusi bilikləri olan ekspert etməlidir. Hakim iddiaçıların bankda işləyən tanışlarının apardığı hesablamaları necə əsas götürüb qərar çıxara bilər axı? Burada açıq-aşkar qərəz var. Üzləşdiyimiz haqsızlıqlara baxmayaraq, təslim olmaq niyyətində deyilik. Hüquq müstəvisində bundan sonra nə mümkündürsə edirik və etməkdə də davam edəcəyik”.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 1657 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +