Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı
İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?
Rusiya danışıqlarda iştirak etməyəcək -Peskov
Əhməd Orucun evi qarət olunub
“Saytlar “Google”da yaranan problemə görə bloklandı” – İT mütəxəssisi
Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi


10.07.2018  12:07 

“Məkrli şəxslərin və düşmən ölkələrin oyunlarına getməyin” – DADP sədri





A+  A-

“Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı məqsədyönlü şəkildə, əvvəlcədən planlaşdırılmış surətdə törətdiyi cinayət hadisəsinin istər başvermə səbəbləri ilə, istərsə də istintaq araşdırmaları ilə biz vətəndaşlar yox, hüquq-mühafizə orqanları məşğul olmalıdırlar.
İyulun 6-da hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq, bu hadisənin terror aktı olduğunu bəyan etdilər. Şübhəsiz ki, hadisəni törədən şəxs də, ona bu işdə leqal və ya gizli şəkildə dəstək vermiş qrup və ya fərdlər də hüquqi məsuliyyətə cəlb olunub, qanunlar çərçivəsində cəzalandırılacaq”. XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov çıxış edib.
Ə.Hüseynov bildirib ki, bəzilərinin hüquq-mühafizə orqanlarının başlatdığı istintaq araşdırmalarının gedişatına heç bir məhəl qoymadan, əhəmiyyət vermədən Gəncə şəhər icra başçısının həyatına sui-qəsd etmiş Yunis Səfərovu az qala "xalq qəhrəmanı" kimi təqdim etməsi, media və sosial şəbəkələr üzərindən insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməsi, eləcə də, hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsi təəssüf hissi doğurur: “Bu cür həssas məqamda Azərbaycan xalqı hansısa təxribatçı qüvvələrin, məkrli şəxslərin və düşmən ölkələrin oyunlarına getməməlidir. Gəncədə baş vermiş sui-qəsd hadisəsindən yararlanmağa çalışan antimilli qüvvələr, qruplar bu imkandan maksimum yaralanmağa çalışacaqlar”.
DADP sədri əlavə edib ki, icra başçısının yaxşı ya pis olmasından, onun necə işləməsindən asılı olmayaraq real fakt budur ki, dövlət məmuruna qarşı cinayət hadisəsi törədilib: “Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısını qətlə yetirməyə çalışıb və özü də bu niyyətini danmır. Ancaq bu da həqiqətdir və aksiomadır ki, əgər hər hansı bir məmurla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, həmin narazılıqlar, problemlər bu formada, bu cür zorakı şəkildə həll olunmalı deyil. Çox təəssüf ki, bu hadisə artıq baş verib. Zamanı geriyə qaytarmaq mümkün deyil. Lakin Azərbaycan hüquqi dövlətdir. Odur ki, gəlin istintaqın nəticələrini və məhkəmənin qərarını gözləyək. Kimlərinsə bizim öz əlimizlə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyi pozmaqlarına yol verməyək”.

Xəbər 2801 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +