Bu ərəb dövlətində hökumət istefa verdi
Sabah külək güclənəcək, temperatur enəcək
“Publik hüquqi şəxslər dövlət üçün bir bəladır”
Mikayıl Cabbarov xəbərdarlıq etdi
Erməni jurnalistlər Bakıya gəlir
Doktoranturaya qəbul qaydaları dəyişdi
Ermənistan atəşkəsi 21 dəfə pozdu
Misirdə partlayış - 6 ölü, 15 yaralı
Ərdoğan Trampın məktublarını özünə qaytardı
Ankarada terrora hazırlaşan 9 şübhəli tutuldu


29.06.2018  14:43 

“Sumqayıt yolunun təmirində “pul yemək” məqsədi var”





A+  A-

Milli Məclisin bu gün növbədənkənar iclasında millət vəkilləri son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac probleminə sərt reaksiya veriblər.
XəzərNews.az xəbər verir ki, deputat Fazil Mustafa əvvəlcə bildirib ki, iki ildir “Bakıxanov”istiqamətində metro stansiyası açılacağını deyirlər: “Amma bu iki il müddətində büdcədən metro stansiyası çəkilməsi üçün vəsait ayrılmır. Halbuki indi təsdiq etdiyimiz büdcə 2 milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Görürsünüz ki, Xırdalan yolu bağlanıb, hər yer iflic vəziyyətinə dönüb. Ona görə imkan varkən metro tikintisi həyata keçirilmədir. İndi Xırdalan yolunda olan vəziyyəti görürsünüz. İnsanlar neçə saat tıxacda qalırlar”.

Digər deputat Fəzail Ağamalı da qeyd edib ki, 20 Yanvar- Masazır istiqamətində dəhşətli vəziyyət hökm sürür: “Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ yollar da yoxdur. Həmin yol 4 il bundan qabaq çəkilib. Bir nəfər dilli-dilavər jurnalist çıxıb deyir ki, yolun təmirinə ehtiyac var idi. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi. Orda yəqin ki, pul yemək, başqa məqsədlər var idi. Mən Naxçıvanla bağlı deyə bilərəm ki, orda yüksək yol mədəniyəti var. Bakıda isə bu yoxdur. Orada yolların kənarında ağaclar, yaşıllıqlar salınıb. Mən “Azəravtoyol” a deyərdim ki, gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onun da yaşadığı yer Sulutəpə ərazisidir: “Mən də eyni əziyyəti çəkirəm. Amma yollarımıza nə olub ki?! Sadəcə yol kənarında evlər tikilib. Yolun genişləndirilməsinə həmin evlər mane olur. Amma bu məsələnin də üzərində iş gedir”.

Xəbər 883 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.11.2019  14:12 

İki “07” toqquşdu, ata öldü

14.11.2019  13:53 

Erməni jurnalistlər Bakıya gəlir

13.11.2019  16:18 

Gəncədə narkobaron saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +