Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.05.2018  20:28 

Skripal ifadə verdi





A+  A-

Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal Britaniyada istintaqa ifadə verib.
XəzərNews.az-ın “Sky News”a istinadən verdiyi xəbərə görə, martın 4-də qızı Yuliya ilə birlikdə Böyük Britaniyanın Slosberi şəhərində zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal bu cinayət işini araşdıran müstənqiqlər tərəfindən dindirilib. Onun xarici səfərləri ilə bağlı bütün detallar araşdırılır.

Məlumatda bildirilir ki, S. Skripalın vəziyyəti yaxşılığa doğru gedir və xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, Britaniya hökuməti S. Skripal və qızının kimyəvi hücum nəticəsində zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

Xəbər 2832 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +