Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.05.2018  11:43 

Azərbaycanda kişi arvadını 50 manata “satışa” qoydu – VİDEO





A+  A-

Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir.
XəzərNews.az XəzərXəbər-ə istinadən bildirir ki, belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.

Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib. Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.

Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxladıq. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu dedi.

Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib.


Xəbər 4528 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +