Tanınmışlardan əfvə kim düşüb?
Ermənilər Qarabağda hərbi təlim keçirir
Komitə sədrindən azanla bağlı xəbərdarlıq
Bakı metrosunda özünü öldürmək istədi
Cəbhədə şiddətli atışma oldu
Turistlərin sayında fantastik artım
Yasamalda 2010 obyekt söküləcək
Qarabağ məsələsi ATƏT-də yenidən qaldırılacaq
“Mənə pul buraxan olmayıb“ - Rəqsanə
Tələbə qəbulunda daha bir YENİLİK


16.05.2018  16:02 

Azərbaycanda üç ayda 3556 boşanma olub





A+  A-

Cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-I kənd yerlərində məskunlaşmış, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.

Xəbər 349 dəfə oxunub.




24.05.2018  18:23 

Sabahın məzənnəsi dəyişmədi

24.05.2018  18:06 

Əfvə düşənlərin tam SİYAHISI

24.05.2018  17:15 

Azər 2-ci xanımından da ayrılıb

24.05.2018  14:11 

Rusiya xarici borcunu artıracaq

24.05.2018  12:27 

Neftlə bağlı yeni PROQNOZ


BÜTÜN XƏBƏRLƏR +