Tanınmışlardan əfvə kim düşüb?
Ermənilər Qarabağda hərbi təlim keçirir
Komitə sədrindən azanla bağlı xəbərdarlıq
Bakı metrosunda özünü öldürmək istədi
Cəbhədə şiddətli atışma oldu
Turistlərin sayında fantastik artım
Yasamalda 2010 obyekt söküləcək
Qarabağ məsələsi ATƏT-də yenidən qaldırılacaq
“Mənə pul buraxan olmayıb“ - Rəqsanə
Tələbə qəbulunda daha bir YENİLİK


24.04.2018  09:45 

Ali məktəblərə sənəd qəbulunun vaxtı azalır





A+  A-

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

24 aprel saat 09:45-dək olan məlumata əsasən, 70743 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize/internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiz.

Xəbər 484 dəfə oxunub.




24.05.2018  18:23 

Sabahın məzənnəsi dəyişmədi

24.05.2018  18:06 

Əfvə düşənlərin tam SİYAHISI

24.05.2018  17:15 

Azər 2-ci xanımından da ayrılıb

24.05.2018  14:11 

Rusiya xarici borcunu artıracaq

24.05.2018  12:27 

Neftlə bağlı yeni PROQNOZ


BÜTÜN XƏBƏRLƏR +