“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


11.04.2018  10:16 

Rəsmi Bakıdan Yerevana - CAVAB





A+  A-

Ermənistan rəsmiləri Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sazişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamı siyasi spekulasiyaya çevirir.
Ermənistan xarici işlər nazirinin müavini Karen Nəzəryan aprelin 10-da Ermənistan parlamentində Avropa İttifaqının Azərbaycanla sazişdə də bu mövqeyi ifadə edəcəyinə ümidvar olduqlarını bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu şərh edərkən XəzərNews.az-a bildirib:

“Müxtəlif səviyyələrdə Ermənistan rəsmiləri Avropa İttifaqının adından danışmağa və Aİ ilə Ermənistan arasında imzalanmış sazişi siyasi spekulyasiya və propaqanda obyektinə çevirməyə cəhd edirlər.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa Aİ-nin mandatı və ya səlahiyyəti yoxdur.

Ermənistan tərəfinin əsassız iddialarına baxmayaraq, Aİ ilə Ermənistan arasında imzalanmış əməkdaşlıq sazişinin preambula hissəsində Helsinki Yekun Aktına istinadən qeyd olunan prinsiplər heç bir hüquqi öhdəlik xarakteri daşımır.

Aİ-dən rəsmi şəkildə Azərbaycan tərəfinə verilən məlumatda bildirilib ki, müqavilə hüququna dair Vyana Konvensiyasına uyğun olaraq sözügedən sazişin preambula hissəsi hüquqi öhdəlik daşımır.

Bununla yalnız rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tərəf olması Aİ tərəfindən bir daha təsbit olunur.

Aİ-nin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi yüksək səviyyələrdə dəfələrlə ifadə olunub.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə 2017-ci ilin fevralında Brüsseldə keçirdiyi birgə mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini vurğulayıb.

Bu ilin fevralında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilmiş mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Aİ-nin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tam şəkildə dəstəklədiyini bildirib.

2017-ci ilin noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Avropa Parlamentinin 2013-cü ildə qəbul edilmiş qətnaməsində bir Şərq Tərəfdaşlığı ölkəsi tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozduğu qeyd olunaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməli olduğu vurğulanır.

Odur ki, Aİ-nin yüksək rəsmilərinin açıqlamaları və Aİ-nin sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam və birmənalı dəstəyi ifadə edən mövqe dəfələrlə ifadə olunub”.

Xəbər 1136 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +