Murad Dadaşovun mağazasında ölüm
Masallının icra başçısı Ağcabədiyə göndərdi
Sabah qar yağacaq
Sabahdan məktəblərdə dərslər başlayır
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
Ermənilər iriçaplı pulemyotlardan istifadə edir
“İranda aksiya liderləri edam olunacaqlar”
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi
Hava 3 gün narahatlıq yaradacaq


30.03.2018  20:26 

Bütün limanlarda gəmilərin giriş-çıxışına qadağa qoyuldu





A+  A-

Martın 28-də Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Milli Mərkəz gözlənilən hava şəraitini nəzərə alaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirib.

1. Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.

2. Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin cıxışına və girişinə qadağa qoyulub.

3. Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.

4. Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.
5. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.

6. Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.

7. Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

8. Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımı tədbirlər həyata keçiriləcək.

9. Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.

Daxil olan məlumata əsasən 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.

Xəbər 602 dəfə oxunub.



20.11.2019  13:38 

Sabah qar yağacaq

20.11.2019  11:19 

Joze Mourinyo “Tottenhem”də

20.11.2019  09:26 

Hitlerin evi polis bölməsi olacaq

20.11.2019  09:14 

“10 illiyin qadını” seçildi

20.11.2019  08:41 

Qarakənd faciəsindən 28 il ötür

19.11.2019  20:18 

Millimiz Qazaxıstana da uduzdu


BÜTÜN XƏBƏRLƏR +