Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


26.02.2018  11:48 

Bakda daha bir tikinti dələduzluğu - 200-dən çox adama saxta sənədlə ev satılıb + VİDEO





A+  A-

2009-cu ildən nağd pul ödəyərək tikilməkdə olan binadan mənzil alan 200-dən artıq vətəndaş hələ də ev ilə təmin olunmayıblar.
XəzərNews.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, üzərindən 9 il keçməsinə baxmayaraq, nə ödədikləri pulu ala bilirlər, nə də ki, mənzilləri təhvil verilir.

Zərərçəkmişlər iddia edirlər ki, onlar 2009-2011-ci illər arasında ``Birlik-İnşaat`` və ``Xəmsə-İnşaat`` adlı tikinti şirkətlərindən ev alıblar. Sonradan məlum olub ki, həmin evlər saxta müqavilələr tərtib edilməklə azı 3-4 nəfər şəxsə satılıb.

Daha sonra zərərçəkənlər məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə ``Birlik-İnşaat``ın təsisçisi və direktoru Elman Tağıyev həbs edilib. Vətəndaşların iddiasına görə, bundan sonra tikinti işlərini təminat məktubu ilə Elman Tağıyevin qardaşı Məhərrəm Məhərrəmov öz üzərinə götürüb. Sakinlərə Xırdalan şəhərində ``Hasil`` adlı tikinti şirkətinin inşa etdiyi binada mənzillərlə təmin olunacağı bildirib.

Ancaq çox keçməyib ki, ``Hasil`` şirkətinin direktoru Hüseyn Əsgərov adlı şəxs də dələduzluq maddəsi ilə həbs edilib. Bundan sonra tikinti işləri tam dayanıb.

Məsələ ilə bağlı ərazidə tikintiyə cavabdeh heç bir şəxsi tapa bilmədik. Daha sonra Elman Tağıyevin qardaşı Məhərrəm Məhərrəmovla əlaqə saxlamağa çalışdıq. Ancaq telefonu daxil olan zəngləri qəbul etmədiyi üçün bu da mümkün olmadı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 3610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +