“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.02.2018  11:04 

İrana keçmək istəyən özbək və qırğız qadınlar tutuldu





A+  A-

Son günlər Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 halda isə külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan 4 nəfər qadının Özbəkistan vətəndaşı, 1 nəfərin isə onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Həmin gün Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 Özbəkistan və 1 Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.

16 və 17 fevral tarixlərində DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su səthində və kolluqlarda 39 qutuda 470 ədəd əksəriyyəti 1 litrlik şüşə qablarda alkoqol içkiləri aşkar olunaraq götürülüb.

Xəbər 1370 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +