Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


16.02.2018  18:05 

Pərvin olanları DANIŞDI: “Deyirəm bu qiymətədi, istəyirsən ...“ + VİDEO





A+  A-

“Azərbaycanda ən çox filmə çəkilən aktrisa mənəm. “Az çəkilir, amma bütün aktrisalardan bahalı maşın sürür” deyənlərdən soruşun görün ki, onlar kinostudiyanın qapısını tanıyırlarmı? Əgər 1 ildə 5 filmin qalasında sırf baş rolda oynamışamsa, bu heç də az deyil”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva “Səhər-səhər” verlişində deyib.

Pərvin bahalı maşın sürməsi ilə bağlı qınanılmasına cavab verib:

“Bəzən ildə 50 min qonorarım olur. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədir, səni görəndə qucaqlayıb öpürlər, “birdənəsən, gözəlim, kuklam” deyirlər. Üzünü çevirməyə peşmansan, həmin dəqiqə dalınca min söz danışırlar”.

Pərvin gəlirinin yalnız aktrisalıqdan olmadığını bildirib:

“573 min izləyicisi olan “İnstagram” səhifəm var. Bütün məşhurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən yox. Çünki mən də əziyyət çəkirəm. Filmdi, serialdı çəkilirəm. İşləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam”.


Xəbər 2680 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +