“Kim işdən çıxarılır, milyonları aşkarlanır”
Azərbaycanda tədris ili başa çatdı
“Əvvəllər Milli Məclisdə inhisarçılıq var idi”
Sabah 38 dərəcə isti olacaq
“Şəhid ailələri və qazilərimiz təhqir olunur”
Neft 38 dollardan satılır
Bu ay 10 gün qeyri-iş günü var
Qurban bayramının vaxtı AÇIQLANDI
Mehman Hüseynov xərçəngə tutuldu
Ukrayna iyunun 15-dən aviauçuşları bərpa edir


30.01.2018  12:09 

“Dedi, 1000 manat ver, yazını çap etmərik”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkənkər ifadə verib.

Sərdar Əhmədov deyib ki, təqsirləndirilən şəxsləri tanımır: "Bərdə Suvarma Sistemləri İdarəsində işləyirdim, Hikmət telefonla zəng edib dedi ki, qəzetin çapı üçün pul kömək edim. Mən də imkan olmadığını dedim, sonra şantaj xarakterli zənglər gəlməyə başladı. Hikmətdən əvvəl bir dəfə də Surxay zəng etmişdi. O, min manat istəyirdi, dedi sənlə bağlı qəzetə məlumat daxil olub, pul versən yazını çap etmərik. Dedi kimsə bizim idarədən şikayət edib. Sonra Hikmət ard-arda zəng etdi, mən də işçim vasitəsilə poçtla ona 100 manat göndərdim. Onlar mənə hədə-qorxu gəlməyiblər, indi də şikayətim yoxdu. Mətbuatdan çox adam zəng edirdi, əksəriyyəti də pul istəyirdi".

Müşfiq Hüseynov deyib ki, Yasamal rayonunda tağım komandiri işləyib: "Mənə Hikmət zəng etdi, görüşmək istəyirdi. İşçim Turaldan Hikmətin kimliyini soruşdum, dedi özüm həll edərəm. Hikmətgil mənlə bağlı çəkiliş etmişdilər. Bir neçə gün sonra "Olaylar" qəzetində mənim haqda yazı çıxdı. Özüm həll etmək istədum, Surxayla görüşdüm. Orada Surxay diski qırdı ki, bu söhbət bağlansın".

Hakim bildirib ki, prosesin bu hissəsində ailə sirri olduğu üçün qapalı keçirilir. Buna görə də digər şəxslər zaldan çıxarılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Xəbər 908 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.06.2020  13:50 

Sabah 38 dərəcə isti olacaq

02.06.2020  11:09 

Neft 38 dollardan satılır

02.06.2020  10:17 

Bu ay 10 gün qeyri-iş günü var

02.06.2020  09:54 

Bu ölkə də sərhədlərini açır

01.06.2020  19:46 

AFFA mövsümü dayandırdı

01.06.2020  15:49 

Sabah yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +