Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


16.01.2018  10:54 

Kəramət Böyükçölə görə atası üzr istədi - VİDEO





A+  A-

Bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçülün Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü sosial şəbəkədə status yazaraq təhqir etməsi geniş müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, statusda K.Böyükçöl bildirib ki, Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asıb: “Səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi”.

Ötən gün APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında onun qalmaqala səbəb olan statusu özüylə birlikdə atası, şair Qəşəm Nəcəfzadə və başqaları ilə birlikdə müzakirə edilib.

Yazar Kəramət Böyükçöl hesab edir ki, yazdığı statusla Xəlil Rzanı təhqir etmək, alçaltmaq niyyəti olmayıb: "Onu şair kimi bəyənmədiyimi bildirmişəm, xoşuma gəlmir. İstedadsızdır demişəm və xalq hərəkatı dövründə bir çoxları kimi milli ədavəti qızışdıran insanlardan biri kimi Xəlil Rzanın adını çəkmişəm. Orada qeyd etmişəm ki, KQB-nin qazdığı xəndək, Xəlil Rza da bütün bu odlu alovlu çıxışları ilə ona xidmət etmiş olur”.

Söhbətə müdaxilə edən aparıcı İlham Tumas isə əslində bu fikirlərin K. Böyükçölün Zərdüşt Əlizadə ilə müsahibəsində əks olunduğunu xatırladıb. Qeyd edib ki, X. Rza Ulutürk haqqındakı bu fikirlərin sahibi Zərdüşt Əlizadə olub.

K. Böyükçölün atası Qəşəm Nəcəfzadə oğlunun yazdığı statusa belə münasibət bildirib: "Mən Xəlil Rzanı bəyənirəm. Onu beynəlmiləl şair adlandırıram. Hətta deyərdim ki, onu zindandan tərcümə etdiyi şairlər xilas etdi. Xalqımıza deyirəm ki, Kəramətin bu yazısı, bu statusu tamamilə səhvdir, düzgün deyil”.

O oğlunun əvəzindən üzr istəyib. "Mən bir oğul atası kimi Kəramətin yerinə Xəlil Rzanın ruhundan üzr istəyirəm. Kəramət səhv eləyir, mənə elə gəlir ki, o səhvini başa düşəcək".

Verilişin digər qonaqları da qalmaqallı statusla bağlı yazarın fikirlərini tənqid edib.



Xəbər 4029 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +