Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


21.12.2017  12:48 

Avropa qorxu içində: Rusiya hücuma hazırlaşır





A+  A-

Rusiyanın sentyabr ayında gerçəkləşdirdiyi 100 min əsgərlik hərbi təlimdə NATO və Avropa ölkələrinə hücum planını həyata keçirdiyi iddia edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Məqalədə qeyd olunub ki, Rusiyanın gerçəkləşdirdiyi "Sapad 2017" hərbi təlimində ordu birləşmələri terrorla mübarizədən daha çox NATO və Avropa ölkələrinə hücum planını icra ediblər.

Ssenariyə görə, rus ordusu bir neçə gün müddətində Baltikyanı ölkələri ələ keçirir, ardınca isə Qərbi Avropa ölkələrinə, o cümlədən Almaniya, Hollandiya, Polşa, Norveç, Finlandiya və İsveçə ildırımsürətli hücum təşkil edir.

Qəzet həmçinin yazır ki, təlimdə rus ordusu NATO-nun bu hücuma hansı şəkildə qarşılıq verməsini də hesablayıb. Belə ki, NATO qüvvələrinin müdafiəsini yarmaq və əks-hücumun qarşısını almaq məqsədilə alman və holland donanmalarına aid bazaların şimaldan təşkil ediləcək hücumla məhv edilməsi də ssenaridə öz əksinin tapıb.

Kəşfiyyat xidməti rəsmiləri iddialarla bağlı qəzetə açıqlama veriblər. Onlar vurğulayblar ki, belə bir müharibə baş verərsə, İsveç və Finlandiya da oyunda olacaq və Rusiya da bunu bildiyindən həmin ölkələri İsgəndər raketləri ilə zərərsizləşdirməyə çalışacaq.

Xəbər 2730 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +