Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


13.12.2017  12:36 

Günel Rza Zərrabdan yazdı - “... məni və ailəmi narahat edir”





A+  A-

Bir müddətdir ki, Türkiyə gündəmini zəbt edən Günel Zeynalova mətbuat orqanlarına müraciət edib.
XəzərNews.az xəbər verir ki, müğənni instaqramda paylaşım edərək adının tez-tez eks-nişanlısı Rza Zərrabla hallanmasına etiraz edib.

O, “Ebrunu Rzayla Günel tanış etdi” başlıqlı xəbərlərdən narahat olduğunu bildirib:

“Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir. Bir zamanlar bu mövzuda yenə haqlı idim.

Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız.

Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, Türkiyənin məşhur köşə yazarı Esin Övet də müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı yazmışdı.O, Rza Zərrabın məşhurluq üçün hər iki xanımdan istifadə etdiyini bildirmişdi.

Xəbər 4107 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +