Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.12.2017  08:42 

Bu dərmanlar zəhərlənmə yaradır





A+  A-

Əsəb sakitləşdirici, antidepressant dərmanları uzun müddət qəbul etdikdə insan orqanizmində onlara öyrəşmə baş verir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirib. Onun sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır:

"Bu dərmanları uzun müddət, böyük dozada qəbul etdikdə insanlarda narkotik effekt yaranır. Belə dərmanlar sinir uclarını keyləşdirir, insana yuxu gətirir, onda "həzz" hissi yaradır. Belə dərmanlar trankvilizatorlar qrupuna (psixotrop dərman maddələri) aiddirlər. Bunları uzun müddət istifadə etdikdə insanda onlara öyrəşmə gedir, qəbul edilməyəndə orqanizm onları tələb edir".

A.Baxşəliyev "tazepam", "fenozepan", "nozepan", "amitryptiline" kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant Azərbaycanda dövlət qeydiyyatına alındığını da xatıladıb.

Onun sözlərinə görə, bu dərmanlar yalnız resept əsasında satılmalıdır: "Bu, bütün dünyada belədir. Bu dərmanlar Azərbaycanda da resept əsasında satılır. Lakin bəzən apteklərdə satıcılar bu dərmanları tanışlarına reseptsiz satırlar".

A.Baxşəliyev qeyd edib ki, "uzun müddət" dedikdə dərmanların 2-3 ay müddətinə qəbul edilməsi nəzərdə tutulur:

"Dərmanlar uzun müddət qəbul edilkdə kimdəsə öyrəşmə olmaya bilər. Bu, orqanizmin fərdiliyi ilə bağlı olan məsələdir. Amma daha çox insanda öyrəşmə yaranır".

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib ki, depressiya əleyhinə sakitləşdirici dərmanlar ümumilikdə dərman zəhərlənmələrinə səbəb olan dərmanlar sırasında 3-cü və 4-cü yeri tutur.

Onun sözlərinə görə, ümumilikdə bu ilin yanvar-oktyabr ayları ərzində KTM-ə dərmanlardan zəhərlənmə ilə əlaqədar 597 müraciət edilib. Müraciət edənlərin 80 faizi qadın, 20 faizi kişi olub. Müraciət edənlər arasında 8 uşaq da olub. Onlar valideyn nəzarətindən kənarda qalaraq dərman içərək zəhərləniblər.

Xəbər 2435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +