Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


07.12.2017  20:41 

Pakistanın nümayəndə heyəti Azərbaycanda





A+  A-

Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
XəzərNews.az xəbər verir ki, nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bu gün Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə işçi Qrupunun 1-ci iclası keçirilib. Birgə İşçi Qrupunun iclasının əsas məqsədi gələcək əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyən edilməsi və əməkdaşlıq üçün gələcək strategiyanın hazırlanmasıdır.

İclasdan əvvəl nazir Heydər Əsədov və Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətləri əks etdsirən stendlərlə tanış olublar.


İclasda kənd təsərrüfatı üzrə tədqiqat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı məhsulları üzrə ikitərəfli ticarətin təşviqi və asanlaşdırılması, süd və ət istehsalının artırılması məqsədilə mal-qara rüşeymi, embrionu və camış toxumu mübadiləsi, yeni emal texnologiyalarının tətbiqi, meyvə, tərəvəz, ət, mal-qara və süd məhsullarının qablaşdırılması, saxlanması və marketinqi sahəsində əməkdaşlıq, xüsusi təhlükəli heyvan xəstəliklərinin labaratoriya diaqnostikası və heyvandarlıq məhsullarında risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, Pakistandan Azərbaycana yüksək məhsuldar cins camışların idxalı məsələsinin araşdırılması, fitosanitar risklərin idarə olunması üzrə təcrübə mübadiləsi, yeni (ekzotik) zərərli orqanizmlərin aşkar olunması zamanı fövqəladə hallar, mübarizə və ləğvetmə tədbirləri üzrə təcrübə mübadiləsi məsələləri, mütərəqqi suvarma üsullarının və texnologiyalarının tətbiqi ilə əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi,aqrar elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın genişləndirilməsi, aqrar universitetlər arasında əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib və Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Birgə işçi Qrupunun 1-ci iclasının hər iki ölkə nazirlərinin iştirakı ilə yekun protokolu imzalanıb.


Tədbir çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə nazirlərin ikitərəfli görüşü keçirilib. Nazir Heydər Əsədov Azərbaycanla Pakistan İslam Respublikası arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial imkanların olduğunu və bu toplantıdan sonra artıq bu sahədə də əməkdaşlıq üçün ciddi addımlar atılacağına ümidvar olduğunu bildirib. Nazir Azərbaycanda ölkə rəhbərliyi tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, aparılan məqsədyönlü siyasət, son dövrlərdə aqrar sahədə əldə olunan nailiyyətlər, ənənəvi sahələr- pambıqçılığın, çəltikçiliyin, ipəkçiliyin inkişafı, heyvandarlıq və bitkiçilik sahəsinə verilən subsidiyalar, güzəştlər barədə geniş məlumat verərək baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlıq üçün hüquqi bazanın yaradılmasını, işçi qrupunun idxal-ixracın strukturunu araşdırmasını, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarını Pakistana ixrac imkanlarını araşdırmaqla konkret təkliflər verməsini məqsədəuyğun hesab edib.


Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosan səfər üçün Azərbaycan hökumətinə minnətdarlıq edərək əməkdaşlıq üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Sikandar Hayat Xan Bosan keçirilən görüşlərdən məmnun olduğunu qeyd edib və Azərbaycanla Pakistan arasında bütün sahələrdə olduğu kimi ölkəsinin kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verdiyini nəzərə çatdırıb. Sikandar Hayat Xan Bosan ölkəsində aqrar sahədə elmi təminata xüsusi diqqət verildiyini, heyvandarlıqda böyük ixrac potensialının olduğunu, bununla da sanitar qaydalara riayət edildiyini və innovativ texnologiyalardan geniş istifadə edildiyini, ölkəsində düyü, quşçuluq və heyvandarlıq məhsullarının böyük ixrac potensialının olduğunu diqqətə çatdırıb. Həmçinin Pakistan fermerlərinin Azərbaycanda istehsal olunan “Belarus” markalı traktorlara maraq göstərdiyini vurğulayaraq heyvandarlıq, xüsusən camışçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahə üzrə ekspertlərin görüşlərinin keçirilməsini, o cümlədən Pakistanda yetişdirilən məhsulların Azərbaycanda sərgisinin təşkil olunmasını məqsədəuyğun hesab edib.

Sikandar Hayat Xan Bosan imzalanan protokolun iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına təkan verəciyini vurğulayıb.

Sonda nazir Heydər Əsədov Pakistan iş adamlarını və şirkətlərini Azərbaycanda hər il keçirilən kənd təsərrüfatı sərgisinə dəvət edib.

Xəbər 1577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +