“Ekologiya postu” sökülür
15 yaşlı oğlan kanalda boğuldu
Növbədənkənar sessiyanın vaxtı açıqlandı
Qüdrət Həsənquliyev: “Kim yorulubsa çıxıb getsin”
Maskalarla bağlı cərimə təsdiqləndi
Sabah 36 dərəcə isti olacaq
Spiker deputatlara irad bildirdi
Deputat: “190 manat iyunda da verilsin”
ABŞ-da iğtişaşlarda bir nəfər öldü
Tətildən sonrakı MƏZƏNNƏ


07.12.2017  11:57 

Ana və 4 qızının cəsədi tapıldı... - Dəhşətli qətllə bağlı rəsmi açıqlama





A+  A-

Daxili İşlər və Baş Prokurorluq Salyan rayonunda ana və 4 qızının öldürülməsi ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxslər 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbər 1502 dəfə oxunub.




01.06.2020  09:54 

“Ekologiya postu” sökülür

01.06.2020  09:27 

Yaponiyada güclü zəlzələ

31.05.2020  19:45 

15 yaşlı oğlan kanalda boğuldu

31.05.2020  15:23 

Sabah 36 dərəcə isti olacaq

31.05.2020  13:11 

Spiker deputatlara irad bildirdi

31.05.2020  11:26 

Futbolumuzda vacib qərar günü

31.05.2020  10:08 

Tətildən sonrakı MƏZƏNNƏ

31.05.2020  09:06 

8 günlük tətil başa çatdı


BÜTÜN XƏBƏRLƏR +