Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.11.2017  12:09 

Bu küçələrdə velosiped yolu salınacaq





A+  A-

Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə start verilib.
Bu barədə XəzərNews.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) birgə layihəsini təqdim edib. İki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb.

BNA-nın və MİDA-nın birgə hazırladığı layihənin əsas hədəf sahəsi 11,6 hektar olan və 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına və ən əsası, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə hazırlanarkən bütün piyadaların, o cümlədən yaşlılar, əlillər və uşaqların, eləcə də hər növ nəqliyyat vasitələrinin (velosiped, motosikl, taksi, avtobus və yük maşınları) tələb və xüsusiyyətləri nəzərə alınıb.

Layihəyə əsasən, şəhərcik daxilində salınacaq küçələr funksional zonalara bölünəcək ki, onların da bir çoxu Bakı şəhəri üçün yenilik hesab edilir. Yaşayış kompleksi daxilində salınacaq yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkət hissəsi üzrə bütün binaların qarşısında müvafiq parklanma zonaları təmin olunacaq. Nəticədə, binaların həyətlərinə yalnız texniki xidmət göstərən və operativ-əməliyyat avtomobillərin girişinə icazə veriləcək.

Bütün yol kəsişmələrində əlilliyi olan və uşaq arabası ilə olan şəxslər üçün panduslar və həmçinin, velosiped yolları nəzərdə tutulub. Velosiped yolları ilə yanaşı, velosiped danayacaqlarının da quraşdırılması planlaşdırılıb. Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun "Elmlər Akademiyası” və "Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin, "Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.

Yasamal Yaşayış Kompleksinin nəqliyyat məsələlərinin həllinə dair təkliflərin gələcəkdə bütün paytaxt ərazisində, eləcə də ölkənin digər iri yaşayış yerlərində reallaşdırılması planlaşdırılır.

Xəbər 1155 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +