Qubada dağlıq ərazidə yanğın başlayıb
Xəzərdə zəlzələ
Ərdoğan Rusiyaya səfər edəcək
Evdən 14 min pul oğurladı
Suraxanıda 50 şam ağacı yandı
Yol Polisindən sürücülərə müraciət
Kaliforniyada qatar relsdən çıxdı, xeyli yaralı var
Kürdəxanıdakı qəzada sürücü öldü
Südçülük Sovxozunda bıçaqlanma
Fransa Azərbaycana yeni səfir təyin etdi


16.11.2017  11:06 

Füzuli rayonu 2017-ci ili uğurlu nəticələrlə başa vurmaqdadır





A+  A-

Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət respublikanın bütün regionlarında olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da özünü göstərməkdədir.
XəzərNews.az xəbər verir ki, düşmənlə təmas xəttinin bir neçə addımlığında yerləşən Füzuli rayonu 2017-ci ili də uğurlu nəticələrlə başa vurmaqdadır. Belə ki, 2017-ci ilin 10 ayında Füzuli rayonunda bütün sahələrdə uğurlu göstəricilər əldə olunmuş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində yaşayan 70 minə yaxın məcburi köçkünün qaz, işıq, su, yol və digər sosial-məişət qayğıları öz həllini tapıb.

Aqrar rayon olan Füzulidə 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr əldə edilməkdədir. Rayonda əkilmiş 36082 ha ərazidən 103076 ton taxıl məhsulu əldə edilmişdir ki, bunun da 73053 tonu buğda, 30023 tonu isə arpa olmuşdur. Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 ha ərazidə isə toxumçuluq təsərrüfatı yaradılmışdır. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olmuşdur. 2017-ci ildə də Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayıb.

2017-2018-ci təsərrüfat ili üçün isə rayonda 36 min ha sahədə taxıl əkilməsi nəzərdə tutulmuşdur. Hazırda rayonda taxıl səpini başa çatmaq üzrədir.

Prezident cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq rayon ərazisində 2700 ha ərazidə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edəcək Aqropark yaradılmışdır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaqdır. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur.

Füzulidə taxılçılıqla yanaşı digər sahələrin, xüsusilə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilmişdir. Bu günə kimi pambıq sahələrindən 2000 tona yaxın pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir ki, bu da ötən ilkindən 3 dəfə artıqdır. Rayonda baramaçılığın inkişafı da xüsusi diqqətdə saxlanılır. Bu il füzulili kümçülər tərəfindən 25 tona yaxın yaş barama istehsal edilib ki, bu da 2016-cı ildə istehsal olunan yaş baramadan 8 dəfə çoxdur. Füzuli rayonu barama istehsalında əldə etdiyi nəticəyə görə respublikada ikinci olmuşdur.

2017-ci ildə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçan olmuşdur. Rayonda 3725 ton tərəvəz, 2927 ton bostan, 1651 ton üzüm, 15 ton çəltik, 1769 ton kartof, 2791 ton meyvə toplanmış, 2500 tona yaxın ət, 18837.2 ton süd, 6315.0 min ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki illərin analoji dövrləri ilə müqayisədə haqqında söhbət gedən sahələrdə müsbət nəticələr əldə olunmuşdur. Hazırda rayonda 34670 baş iribuynuzlu mal-qara, 135080 baş qoyun və keçi, 525000 min baş müxtəlif növ quşlar mövcud olmuşdur. Əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir, respublika bazarına da bir sıra məhsullar da çıxarılır.

Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilmişdir. Sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Horadiz şəhərində 10 ha ərazidə istixana kompleksi, Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası və digər obyektlər iş adamları tərəfindən yaradılmışdır. Təkcə 2017-ci ilin 10 ayı ərzində Füzuli rayonuna iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10 milyon manatdan artıq investisiya qoyulmuş, rayonda kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılıb.

Azərxalça ASC-nin ilk filialı olan Horadiz şəhərində füzulili xalçaçılar tərəfindən toxunan Qarabağın tarixi xalça çeşniləri də Madein Azərbaycan brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

Sözsüz ki, rayonda həyatın bütün sahələrində qazanılan uğurlar, əldə edilən nailiyyətlər cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzilililərin dövlətimizin qüdrətinə, Cənab İlham Əliyevə olan inamından irəli gəlir.






Xəbər 1528 dəfə oxunub.



24.08.2019  17:18 

Ronaldo bina satın aldı

24.08.2019  11:09 

Yenə atəşkəs pozuldu

24.08.2019  10:32 

Şəkidə 200 ha sahə yandı

24.08.2019  10:04 

Xəzərdə zəlzələ

24.08.2019  09:57 

Ərdoğan Rusiyaya səfər edəcək

23.08.2019  18:11 

Evdən 14 min pul oğurladı

23.08.2019  17:54 

Suraxanıda 50 şam ağacı yandı

23.08.2019  15:11 

Südçülük Sovxozunda bıçaqlanma

23.08.2019  13:11 

Sabah 40 dərəcə isti olacaq

23.08.2019  12:58 

“Mercedes” qaçırdı, tutuldu

23.08.2019  12:09 

Sürücülərin diqqətinə

23.08.2019  11:21 

İranda 13 alpinist itkin düşüb

23.08.2019  10:08 

İranda 2 deputat həbs olundu


BÜTÜN XƏBƏRLƏR +