XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


02.11.2017  16:12 

“Yoxsul vətəndaşların düşəcəyi vəziyyət nəzərə alınmalıdır”





A+  A-

Xəbər verdiyimiz kimi, Milli Məclisin sonuncu keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı dəyişiklik səs çoxluğu ilə qəbul edildi. “Qafqazinfo” xəbər verir ki, iclasda deputatlar Fazil Mustafa, Çingiz Qənizadə, Zahid Oruc, Qənirə Paşayeva təklifin qəbul edilməsinin əleyhinə çıxış etdilər. Onlar bunu nümayəndələrin işsiz qalacağı, yoxsul vətəndaşların müdafiəsiz qalacağı ilə əsaslandırdılar.
XəzərNews.az bildirir ki, bununla bağlı dəyişikliyin əleyhinə səs verən deputat Zahid Oruc və Fazil Mustafa “Qafqazinfo”ya danışıblar.

Z. Oruc qeyd edib ki, Ali Məhkəmə sədrinin təşəbbüsü ilə parlamentə daxil olan sənəd prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardığı genişmiqyaslı islahatların ruhuna və fəlsəfəsinə ziddir: “Biz ötən illər ərzində bir tərəfdən, hakim korpusunun formalaşmasında şəffaf mexanizmlərin və mütərəqqi dəyişiliklərin şahidi olmuşuq, o biri yandan qanunvericilik sistemində də köklü yeniliklər edilib. Xüsusilə də Cinayət Məcəlləsində 300-ə maddəyə tətbiq olunan yeni yanaşmalar, yəni, dekriminallaşma, sanksiyaların azaldılması və xalq arasında “cəza bilərziyi” kimi xarakterizə olan probasiya mexanizminin irəli sürülməsi hüquq məkanında inqilabi hadisə kimi qəbul olunub. Buna görə də vətəndaşın keyfiyyətli müdafiəsinə zərbə vuran və ədalətli mühakiməni aradan qaldıran təşəbbüslər geriyə addım olardı.

Parlamentdə müzakirələr zamanı Ali Məhkəmə adından çıxış edən nümayəndənin bütün insani keyfiyyətlərinə rəğmən arqumentləri inandırıcı görünmədi və tənzimləmə adı ilə əslində nümayəndəlik institutunu ləğv etdikləri ortaya çıxdı.
Hətta söyləndi ki, qanun yanvarın 1-də qüvvəyə minəcək, ona qədər ölkədə vəkil korpusunun sayı orta Avropa normasına çatdırılacaq.

Bildiyiniz kimi, Avropa Şurası arealında onlarla sosial-iqtisadi parametrdə öndə olduğumuz halda, əhalinin 100 min nəfərinə düşən vəkil sayına görə çox geri qalırıq. Min dəfə təəssüflə deyək ki, Ermənistan və Gürcüstan sözügedən göstəricidə bizdən 5-10 dəfə qabaqdadırlar. Eyni zamanda, 480 hakimin bir il ərzində 100 mindən artıq mülki, 300 minə qədər əmr icraatına baxdığını nəzərə alsaq, bütövlükdə yarım milyon işə çıxmaları fonunda vətəndaşın hüquqi müdafiəsinin hərtərəfli qurulması işinin təkmilləşdirilməsinin bir nömrəli məsələyə çevrildiyini görə bilərik.
Diqqət edin ki,rayon məhkəmələrinin bir ay ərzində baxdıqları 10 minə yaxın mülki işin 95 faizindən yuxarı qurumlara şikayət verilir və həmin iddia sənədlərində vəkillərin payı 15 faizi keçmir. Heç onu demirəm ki, bu aşağı məhkəmə orqanlarına olan inam göstərici kimi dəyərləndirə bilər.

Deməli, şəxsin adından bir sıra hərəkətləri yerinə yetirən nümayəndə, daha aztəminatlı adamların hüquq qoruyucusuna çevrilib. Əgər onların içərisində qanunsuz fəaliyyət göstərənlər varsa, onları məsuliyyət cəlb etsinlər.

Lakin əsas orqan məhkəmədir. Orada ədalət təmin edilsə,vətəndaş onları yanlış yola sürükləyən ünvanlara üz tutmazlar. Məgər ölkəmizdə yüksək nüfuz qazanmış “Asan xidmət” qurumundan hətta reket mənəviyyatlı adamlar gedib nəsə qanunsuz tələb edirlərmi? Xeyr. Çünki etimad və inam o çevrədə münasibətlərə birbaşa təsir göstərir”.

Onun sözlərinə görə, layihəyə etiraz edənlərə cavab verildi ki,qarşıdakı 2 ayda Vəkillər Kollegiyasına qəbul xüsusi bir səviyyəyə çatacaq: “Çox yaxşı. Hər kəs bunu arzulayır. Elə isə, gəlin keçid müddəalarına yazaq ki, layihənin tətbiqi yalnız onda mümkün olacaq. Bir nüansı da nəzərə almalıyıq. Avropa Konvensiyasını ratifikasiya etmişik və orada vətəndaş üçün belə qadağa yoxdur.

Deməli, İnsan haqları məhkəməsinə edilən müraciətlər ən azı on dəfə artacaq. Nəticədə siyasiləşmiş müxalif vəkillərin dövlət əleyhinə hərəkatı genişlənəcək və arzuolunmaz xarici təzyiqlər üçün faktlar artacaq”.

Qanuna dəyişikliyin prezident tərəfindən qəbul edilməyəcəyinə gəlincə isə deputat bildirib ki, bu məsələ ölkə başçısının müstəsna səlahiyyəti altında olan bir işdir: “Ona görə də ölkə başçısının dəyişikliyə imza atıb atmayacağı ilə bağlı xüsusi proqnozumu səsləndirmək istəmirəm. Cənab prezident Şəkidə məhkəmə binasının açılışı zamanı hüquq sistemində olan problemləri xüsusi vurğuladı. Mən arzulayıram ki, hakimlərin sayı yetərincə artsın. Əgər ölkə rəhbəri təkcə əfv və amnistiya aktları vasitəsilə deyil, eləcə də bilavasitə məhkəmələrin humanizmi və qanunlar əsasında ədalətli bir mühit formalaşdırmağa çalışırsa, hakimiyyət institutları da ona uyğun layihələrlə çıxış etsələr, daha yaxşı olar. Ümid edirəm ki, Ali Məhkəmə bizim tərəfimizdən irəli sürülən arqumentləri dərindən təhlil edəcək və optimal qərar verəcək”.

Fazil Mustafa qeyd edib ki, ola bilər ki, ölkə başçısı dəyişikliyi qəbul etməsin: “Çox güman ki belə də edəcəkdir. Bu həqiqətən də ciddi əsası olmayan bir dəyişiklikdir. Birbaşa bu sahədə müəyyən problemlər yaratmağa xidmət edir. Dəyişikliyi qəbul etməmək prezidentin müstəsna hüququdur. Yəqin ki ölkə başçısı da Milli Məclisdəki çıxışların mətni ilə tanış olacaq. Bu məsələdə birinci növbədə yoxsul, imkansız vətəndaşların düşəcəyi vəziyyət nəzərə alınmalıdır”.

Xəbər 1868 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +