Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb


11.10.2017  11:36 

Sabiq müdirdən Sabirabad icra başçısına müdhiş ittihamlar -RÜŞVƏT, KORRUPSİYA...





A+  A-

Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətin bir surətini AFN-ə göndərən E.Bünyadov bildirir ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2012-ci ildən isə o, rayon rəhbərliyinin tapşırığı ilə bir sıra vəzifəsi olmayan işlər gördüyünü iddia edir.

E.Bünyadov müraciətində həmin işləri də sadalayır:
"Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi üçün 28000 manat (sübut orada işləyən fəhlələr);
Heydər Əlyev Mərkəzinin tikintisi üçün 16000 manat (sübut mərkəzin tikintisində işləyən fəhlələr);
H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 № -li məktəbin ön hasarlarının tikintisi üçün 22000 manat;
20 Yanvar küçəsinin asfalt örtüyünün yenidən qurulması üçün 18000 manat;
H.Əliyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi üçün 6000 manat;
Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması üçün 5200 manat;
Rayon Mədəniyyət evinə kondinsionerlərin alınması üçün, 4400 manat;
Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün 12500 manat;
Kürkənd kənd ərazisində hasarların çəkilməsi üçün 11500 manat;
Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi üçün 13000 manat;
"ASAN XİDMƏT” mərkəzinin tikintisi üçün 7500 manat;
H.Həmidov küçəsində fərdi yaşayış evlərinin hasrlarının dəyişdirilməsi üçün 4400 manat;
H.Əliyev adına Parkda fontanın yenidən qurulması üçün 5000 manat;
Dörd il müddətində Novruz bayramının, eləcə də Yeni il şənliklərinin H.Əliyev adına parkda keçirilməsi zamanı 4000 manat;
Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə 8000 manat”.
Şikayətçi bildirir ki, bütün bu sadalanan işlərin pulunu ödəmək üçün Milli Ordunun zabiti olan oğlunun Bakı şəhərində evini, maşınını, eləcə də öz evini və maşınını satıb: "Onu da vurğulamaq istəyirəm ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib. Lakin Rayon İcra Hakimiyyətinin başçısı bir dəfə də olsun heç bir tədbirdə vurğulamayıb ki, Təhsil Şöbəsinin müdirinin oğlu Milli Ordunun zabitidir. Hətta mənim oğlumun da olduğu hərbi dəstə rayon ərazisindən keçən zaman başçı mənə oğlumla görüşməyə icazə verməyib və keçirdiyi iclasda iştirak etməyimi tələb edib”.
İki ilə yaxındır ki, işsiz olduğunu deyən E.Bünyadov hazırda kirayədə oğlunun ailəsi ilə birgə yaşadığını bildirir. Onun sözlərinə görə, bundan əvvəl də şikayətçi olub, lakin ondan sonra rayon Polis İdarəsində işləyən oğluna və özünə təzyiqlər başlayıb. Bu səbəbdən də o, xarici ölkələrin birindən sığınacaq istəmək haqda düşündüyünü qeyd edir. Eyni zamanda ümid edir ki, prezident İlham Əliyev onun haqq səsinə səs verəcək.
Qeyd edək ki, Sabiradab rayonunun icra başçısı Nazim İsmayılovdur. O, bu vəzifəni 2011-ci ilin aprelindən icra edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 1448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir


BÜTÜN XƏBƏRLƏR +