Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.09.2017  16:21 

Dünya boksunun canlı əfsanələri Bakıya gəlir





A+  A-

Bu gün Gənclər və İdman Nazirliyində oktyabrın 2-dən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC-nin (Dünya Boks Şurasının-World Boxing Council) 55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifinq keçirilib.
XəzərNews.az-ın məlumatına görə, WBC üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali/Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən 500-dən artıq qonağın qatılacağı konqres oktyabrın 6-dək davam edəcək.

Brifinqdə qeyd edilib ki, ölkəyə dünya şöhrətli idmançılar - Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov, Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Qennady Golovkin, Srisaket Sor Rungvisai gələcək.
WBC-nin prezidenti Maurusiyo Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük Şuranın iclasının ilk günündə Reytinq komitəsinin və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək. Növbəti günlərdə isə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsiz uşaq evinə də gedişi proqrama daxildir.

Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks federasiyası və Asiya Boks Şurasının görüşləri də baş tutacaq. Dünya Boks Şurası 1963-cü ildə 11 milli boks təşkilatı- Argentina, Braziliya, Böyük Britaniya, Venesuella, Meksika, Panama, Peru, Amerika Birləşmiş Ştatları, Filippin, Fransya və Çili tərəfindən yaradılıb.
Məhəmməd Əli, Mayk Tayson, Nasim Hamed, Larri Holms, Lennoks Lyuis, Qennadiy Qolovkin, Roy Cons kiçik, Floyd Meyvezer kiçik, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkat boksçular WBC kateqoriyası üzrə çempion adını qazanıblar.

WBC-nin 55-ci Illik Dünya Konvensiyasında iştirak edəcək

WBC versiyası üzre hazırki Dünya Çempionları:
Mr. Gennady Golovkin Mr. Mairis Briedis Mr. Srisaket Sor Rungvisai Mrs. Christina Hammer Mrs. Jelena Mrdjenovich

WBC versiyası üzrə keçmiş Dünya Çempionları:

Mr. Evander Holyfield Mr. Kostya Tszyu Mr. Yuri Arbachakov Mr. Erik Morales Mr. Vitali Klitschko Mr. Nino Benvenuti Mr. Viktor Postol Mr. Carlos Zárate Mr. Guadalupe Pintor Mr. Azumah Nelson Mr. Michael Spinks Mr. Bernard Hopkins Mr. Paul Malignaggi Mr. Javier Castillejos

Xəbər 1252 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +