Polis gücləndirilmiş rejimdə işləyəcək
Temperatur 3-5 dərəcə düşəcək
Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı
Bayramda fasiləsiz elektrik enerjisi veriləcək
Bu ərazilərdə qaz olmayacaq
Bu avtobuslarda gediş haqqı ENDİRİLDİ
Nazirlər Kabineti Tvitterdə
Bayramla əlaqədar pensiyalar erkən veriləcək
Sabah 35 dərəcə isti olacaq
Təhsil Nazirliyi ilə DİM razılığa gəldi


21.09.2017  09:46 

Bakı metrosunda basabas: “Xəttə bundan artıq qatar buraxa bilmərik”





A+  A-

Yeni tədris ilinin başlanması ilə sentyabrın 18-dən “Bakı Metropoliteni” qış qrafikinin tətbiqinə başlayıb.
Qurum bəyan edib ki, qeyd edilən qrafikə əsasən, qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endirilib, xətlərdəki qatarların sayı 30-a çatdırılıb.
Nəticədə, «Həzi Aslanov-28 May» sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endirilib. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval 4 dəqiqə müəyyən edilib.

Qatar sayının artırılması və intervalın azaldılmasına baxmayaraq, günün pik saatlarında sərnişinlər sıxlıqdan qatara minməkdə çətinlik çəkirlər. Vəziyyətdən çıxış yolu kimi “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev intervalın azaldılmasının mümkünsüz olduğunu bildirib:

“Çünki interval maksimum azaldılıb. Xəttə bundan artıq qatar da buraxa bilmərik. Yəni bu qatar azlığı ilə bağlı da deyil. “28 May” stansiyasında yaşıl və qırmızı xətlərin kəsişməsi intervalı bundan artıq azaltmağa imkan vermir”.

N.Paşayev səhər saatlarında qatarların 4-5 dəqiqəyə qədər gecikməsinə də aydınlıq gətirib:
“Səhər, pik saatlarda “Neftçilər” stansiyasında dalandan bir neçə boş qatarı xəttə buraxırıq. Çünki çox vaxt həmin stansiyaya çatana qədər vaqonlar sərnişinlərlə dolmuş olur. Bu cür dalan metronun “Memar əcəmi” stansiyasında da var. Maksimum dərəcədə sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq”.

Qurum rəsmisi deyib ki, yalnız «Bakmil» stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval «Həzi Aslanov-Ulduz» sahəsində fərqli ola bilər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, «Həzi Aslanov-28 May» sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur”.
Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur. Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

(modern.az)

Xəbər 421 dəfə oxunub.



17.08.2018  16:49 

Röya onunla da barışdı

17.08.2018  15:34 

Rusiya ABŞ-a nota verdi

17.08.2018  14:18 

Şamaxıda torpaq sürüşməsi

17.08.2018  13:27 

Temperatur 3-5 dərəcə düşəcək

17.08.2018  11:09 

Bu ərazilərdə qaz olmayacaq

17.08.2018  10:21 

Azərbaycan nefti ucuzlaşıb

16.08.2018  18:54 

Məzənnə sabah dəyişməyəcək


BÜTÜN XƏBƏRLƏR +