Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


16.09.2017  12:57 

Azərbaycan ordusu 150-dən artıq tankı, raketləri döyüş vəziyyətinə GƏTİRDİ





A+  A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.
Bu barədə Müdafiə Nazirliyindən XəzərNews.az-a məlumat verilib.

Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.

Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur.

Təlimlər sentyabrın 22-dək davam edəcək.

Xəbər 2861 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +