Nazir müavini vəzifəsindən azad edildi
Bu il yol qəzalarında 527 nəfər ölüb
Məktəbdəki yanğınla bağlı açıqlama
Azərbaycanda bütün pensiyalar artırılacaq
ATƏT sabah cəbhə xəttinə gedəcək
114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
Cəbhədə pulemyotlardan atəş açıldı
Quterreşdən İsrail və Fələstinə çağırış
Səhvən işçilərin hesabına 30 min avro yükləndi
Prezident səfiri geri çağırdı


13.09.2017  19:12 

Dünəndən geomaqnit qasırğası başlayıb - Ehtiyatlı OLUN!





A+  A-

Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb.
XəzərNews.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir):
"Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur)".
E.Babayev qeyd edib ki, hazırda Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur:
"10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının “günahkarı” olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib). Hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır".
E.Babayev qeyd edib ki, cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir: “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yer planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".
E.Babayev əlavə edib ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltılarının (“Aurora borealis”) şəkilləri yenə də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün isə təsir adətən zəif olur.
E.Babayevin sözlərinə görə, kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.


Xəbər 776 dəfə oxunub.




13.11.2018  18:32 

Məzənnə yeniləndi?

13.11.2018  16:49 

Putin Sinqapura səfər edib

13.11.2018  12:43 

Oqtay Əsədovdan nikbin PROQNOZLAR

13.11.2018  08:46 

Konqoda qatar aşdı - 40 ölü var


BÜTÜN XƏBƏRLƏR +