“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.09.2017  14:02 

The Guardian yenə də kampaniyaçı rolunda





A+  A-

Yenə düyməyə basılıb. Yenə “azad və tərəfsiz media” orqanı olan The Guardian (Böyük Britaniya) Azərbaycanı hədəfə alıb. Almağa da məcburdur. Çünki bu qəzet qlobal səviyyədə kampaniyaçı media orqanı kimi tanınır, qəbul edilir.
Kampaniyaçı media qurumu? Axı bizim bildiyimiz jurnalistika, media prinsipləri arasında kampaniyaçılıq adlı bir şey yoxdur. Necə olur ki, Böyük Britaniya kimi dünyaya elə media etikası dərsi keçən bir ölkənin bu qədər nüfuzlu qəzeti kampaniyaçılığa qədər enir? Burada nəsə yerində deyil yəqin ki.
Baxaq. Baxaq görək son günlər ərzində nə baş verir. Daha doğrusu, The Guardian niyə yenə də qatı kampaniyaçı kimi davranır? Yaxud, bu qəzet niyə əlində tutarlı faktlar belə olmadan Azərbaycanı, onun Prezidentini hədəfə alır?
Hə, bu arada kimsə çıxıb deyəcək ki, faktlar var. Desin. Amma mən olmadığını özümdən demirəm. Elə The Guardian-ın ilk yazısında bunu açıq şəkildə qeyd edirlər: “Azerbaijan’s ruling family is not directly named”. Yəni həmmüəlliflərindən birinin Dina Nagapetyants adlı erməni olduğu yazıda sağa-sola Azərbaycan, onun Prezidenti tənqid edilir və birdən qeyd olunur ki, bəs, “Azərbaycanın hakim ailəsinin adı birbaşa çəkilmir”. Harda çəkilmir, niyə çəkilmir? Oxuculara aydın olsun deyə qeyd edim ki, sentyabrın 4-də The Guardian “UK at centre of secret $3bn Azerbaijani money laundering and lobbying scheme” (“Böyük Britaniya Azərbaycanın gizli pul yuma və lobbiçilik sxeminin mərkəzində”) adlı yazı yazaraq ölkəmizi, onun ali rəhbərliyini tənqid edir ki, niyə milyonlarla vəsaiti Azərbaycanın faydaları üçün xərcləyirik? Heç dəxli var? Azərbaycan öz milli maraqlarını təmin etmək üçün 3 deyil, 30 milyard da xərcləyə bilər və buna görə nə dövlətimizi, nə də onun başçısını heç kim tənqid etməməlidir. Lobbiçilik üçün pul xərcləmişik? Əcəb eləmişik! Bunun kimə nə dəxli var? Ümumiyyətlə isə, lobbiçilik axı qanunsuz bir fəaliyyət deyil. Bir dövlət, yaxud da onun siyasi xadimləri öz xalqının siyasi və digər maraqlarını təmin etmək üçün istədiyi qədər pul xərcləyə bilər. Hə, bundan narahat olan ermənilərdir? Təbiidir. Çünki Azərbaycanın qlobal səviyyədə qazandığı uğurlar, təmin edilən maraqları ermənilərin mütləq şəkildə zərərə uğraması deməkdir. Elə ona görə də Dina Nagapetyants ad-soyadlı erməni yazar kampaniyaçı media qurumu The Guardianın səhifələrindən istifadə edərək bizi gözdən salmağa çalışır. Qəzet də öz səhifələrini həvəslə bu erməniyə peşkəş edir. Bəlkə bu həvəsin arxasında da maddi maraqlar durur?
Durur, durur. Çünki The Guardianın özünün də bəyan etdiyi kimi, ayaqda qala bilmək üçün pul lazımdır. Gəlin, qəzetin hər yazının altında yerləşdirdiyi çağırışa baxaq: “More people are reading the Guardian than ever but advertising revenues across the media are falling fast. And unlike many news organisations, we haven’t put up a paywall – we want to keep our journalism as open as we can. So you can see why we need to ask for your help. The Guardian’s independent, investigative journalism takes a lot of time, money and hard work to produce”. (“Guardian-ı indi daha artıq insan oxumaqdadır, ancaq bütün mediada reklam gəlirləri aşağı düşməkdədir. Lakin biz bir çox media qurumlarından fərqli olaraq ödəmə tələb etmirik – öz jurnalistikamızı mümkün qədər açıq tutmaq istəyirik. Yəni bizim nə üçün sizdən kömək istədiyimizi anlaya bilərsiniz. The Guardian-ın müstəqil, araşdırma jurnalistikası çoxlu vaxt, pul və ağır çalışma tələb edir ki, nəticə olsun.”
Adamlar açıq şəkildə deyir ki, bizə pul lazımdır. Buyurun, pulunuzu verin, istədiyiniz kampaniyanı aparın. Yəni anlaşılan odur ki, The Guardian onun səhifələrini satın almaq istəyənlər üçün qapıları açıq tutur. Necə olmasa da reklam gəlirləri getdikcə azalır, alternativ qazanc mənbəyi tapmaq lazımdır. O mənbə də Azərbaycanı hədəfə götürən mərkəzlər – erməni lobbisi, inqilablarla ölkələri xaraba qoyan Corc Sorosun şəbəkəsi və əlbəttə ki, bunlardan hər fürsətdə istifadə edən qüvvələrdir.
Yazının əvvəlində kampaniyaçılıqdan danışmışdıq. Yüksək media standartlarından dəm vuran The Guardian-ın özünü bu mərəzə təslim etməsi təzə xəbər də deyil. Yəni bu qəzet qlobal güclərin əlində könüllü alət olmağı vərdişə çevirib.
Haşiyə: 2015-ci ildə Bakıda 1-ci Avropa Oyunları keçirilərkən də The Guardian öz sifətini göstərmişdi. Bu qəzet gün ərzində Azərbaycana üç ayrı yazı həsr edirdi. Əlbəttə, buna sevinmək olardı. Lakin yazıların hər üçü bir qayda olaraq Azərbaycana qarşı açıq nifrət və qərəzlə dolu olurdu. Özü də hamısında eyni ifadələr, eyni ittihamlar yer alırdı. Yəni yeni bir şeyə rast gəlinmirdi. O yazıların arxasında kimlərin olduğunu, qəzetin niyə həvəslə buna meydan verdiyini bildiyimiz üçün The Guardianın veteranlarından olan Piter Prestona bir açıq məktub yazdım və media etikasına bu qədər sayğısız yanaşmamaları üçün çağırış etdim. Anladılar, kampaniyanı dayandırdılar və düz bir həftə ümumiyyətlə heç nə yazmadılar. Ondan sonra isə ara-sıra yazdılar, özü də balanslı.
The Guardianın kampaniyaçılıq damarının indi tutması da səbəbsiz deyil. Amma bizi o səbəblərdən daha çox bu kampaniyaçılığı faş etmək maraqlandırır. Gəlin, dəlil-sübutla danışaq.
Sentyabrın 4-də saat 18-də bu qəzetdə dərc edilmiş ilk yazı: “UK at centre of secret $3bn Azerbaijani money laundering and lobbying scheme” (“Böyük Britaniya Azərbaycanın gizli pul yuma və lobbiçilik sxeminin mərkəzində” – Müəlliflərdən biri erməni Dina Nagapetyantsdır)
Eyni gündə, eyni saatda dərc edilmiş 2-ci yazı: “Everything you need to know about the Azerbaijani Laundromat” (Azərbaycan pul yuma maşını haqqında bilməli olduğunuz hər şey – Müəlliflərdən biri yenə də həmin erməni Dina Nagapetyantsdır)
Eyni gündə saat 19.25-də dərc edilmiş 3-cü yazı: “The Scottish firms that let money flow from Azerbaijan to the UK” (Azərbaycandan Böyük Britaniyaya pul axınına imkan yaratmış Şotlandiya firmaları).
Üstündən 10 saat yarım keçdikdən sonra – sentyabrın 5-i saat 06-da dərc edilmiş 4-cü yazı: “Azerbaijani Laundromat shows how regime robs its people to feed itself” (Azərbaycan pul yuma maşını rejimin özünü bəsləmək üçün insanları necə soymasını göstərir – Müəllif: Xədicə İsmayıl).
Sentyabrın 5-də saat 17.11-də dərc edilmiş 5-ci yazı: “Azerbaijan hits back over ‘scandalous’ money laundering claims” (Azərbaycan qalmaqallı pul yuma iddialarını rədd edir).
Eyni gündə saat 18.13-də dərc edilmiş 6-cı yazı: “Azerbaijan revelations spark ‘great concern’ at Council of Europe” (Azərbaycanla bağlı açıqlamalar Avropa Şurasında “ciddi narahatlığa” səbəb olur).
5 sentyabrda, saat 19.34-də dərc edilmiş 7-ci yazı – redaksiya materialı: “The Guardian view on the Scots tax haven: a dirty little secret” (The Guardian-ın Şotlandiya vergi sığınacağına baxışı: kirli balaca sirr)

The Guardian-da 1 gün ərzində Azərbaycanla bağlı yazılar

Diqqət etdinizmi? Bir sutka ərzində bir qəzet eyni mövzuda 7 ayrı yazı dərc edir və bütün yazılar eyni ölkəni tək tərəfli şəkildə hədəf alır. Yazılardan ikisinin həmmüəllifi erməni, birinin müəllifi isə Azərbaycan dövlətinə qarşı açıq savaş elan etmiş Xədicə İsmayıldır. Yəni balansdan, ədalətli media siyasətindən danışmaq üçün heç bir şans tanınmır bu yazılarda. Hətta tanınsaydı belə sual oluna bilərdi ki, bir Britaniya qəzetinin işi-gücümü qurtarıb bir sutka ərzində Azərbaycan kimi balaca bir ölkəyə 7 ayrı yazı həsr edir? Özü də yazılar ayrı olsa da mahiyyətləri demək olar ki, fərqli deyil. Açıq kampaniyaçılıqdır bu! Heç şübhəsiz ki, bu kampaniyaçılığın arxasında elə The Guardian-ın özünün də bulaşdığı çirkli pul yuma maşını dayanır. Yalnız bir fərqlə: o maşın The Guardian-ın iddia etdiyi kimi Azərbaycana deyil, ermənilərə və onların havadarlarına aiddir.
Bu yazılarda diqqətimi bir məqam da çəkir: Şotlandiya da hədəf alınır. Bu isə başqa bir kampaniyaçılıqdır. Bəllidir ki, bu ölkə Böyük Britaniya birliyinin tərkibində olan yeganə ölkədir ki, Avropa Birliyindən çıxmağa qarşıdır. Elə ona görə də Böyük Britaniyanın mərkəzi mediası davamlı olaraq Şotlandiyanı gözdən salır. Əgər Şotlandiya da Avropa Birliyindən çıxmağa səs vermiş olsaydı başına bu işlər yəqin ki, gəlməyəcəkdi…

Azər HƏSRƏT,
[email protected]


Xəbər 4165 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +