Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


16.08.2017  18:34 

Binəqədi-Novxanı yolu çökdü





A+  A-

Binəqədi-Novxanı avtomobil yolunun 11-ci kilometrində çökmə hadisəsi qeydə alınıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Yolun çökən hissəsinin dərinliyi 5-6 santimetrdir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb.

Dərhal əraziyə “ Azəravtoyol” ASC- nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Xəbər 1514 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +