Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


10.08.2017  15:17 

Küləkli hava ilə bağlı - Xəbərdarlıq





A+  A-

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi və tozla müşahidə olunan küləkli hava şəraitinin başlaması bir çox insanlara mənfi təsir edir.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin rəhbəri, həkim-kardioloq Afiyəddin İsgəndərov bildirib ki, bu cür hava şəraitinin meteohəssas və meteohəssas olmayan insanlara, o cümlədən allerqik riniti olan insanlara mənfi təsiri var.

Onun sözlərinə görə, tozla müşahidə olunan hava şəraiti daha çox allergik məsələləri ortaya çıxara bilir, yəni allerqik riniti olan insanlarda allerqik problemlərin yaranmasına səbəb olur:

“Bundan başqa, küləyin və soyuğa doğru hərəkətin, havanın temperaturunun birdən-birə 5-6 dərəcə aşağı düşməsinin stenokardik xəstəsi olan insanlara mənfi təsiri var. Buna görə meteohəssas, kardioloji problemi və allerqik riniti olan insanlar hava proqnozunu mütləq şəkildə izləməli və çox vacib işləri yoxsa, onlara bu havalarda ev şəraitində olmaq tövsiyə edilir. Çünki stenokardik tutmaların əsas səbəblərindən biri də küləkli hava və temperaturun anidən dəyişməsidir”.

Küləkli havada temperaturun dəyişməsi zaman atmosfer təzyiqinin də dəyişdiyini qeyd edən A.İsgəndərov vurğulayıb ki, atmosfer təzyiqinin dəyişməsi insan orqanizminə təsir göstərir və nəticə etibarı ilə arterial qan təzyiqinin dəyişməsinə səbəb olur ki, bu da diskomfort yaradır:

“Bu səbəbdən çox vacib olmadığı halda meteohəssas insanlar bu cür hava şəraitində çölə çıxmamalıdırlar. İkincisi, ən adi sıxıntıları olsa belə, mütləq sahə və ya müalicə həkimləri ilə əlaqə saxlamalıdırlar. Çünki qəbul qəbul edəcəkləri dərmanın dozası tənzimlənməlidir.

Məsələn, bir insanın təzyiqi stabil hava durumunda bəlli bir səviyyədə olur, o təzyiqə görə bəlli bir dozada dərman qəbul edir. Amma atmosfer təzyiqi dəyişdikdə və nəticə etibarı ilə insanın qan təzyiqi dəyişdikdə, yüksəldikdə və ya aşağı düşdükdə dərmanın dozası da tənzimlənməlidir. Bu baxımdan hava proqnozunu izləmək və həkimlə əlaqə saxlamaq vacibdir”.



Xəbər 1130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +