Azərbaycanda dəhşət - Oğul atasını güllələdi
Uşaqların yuxusu pozulubsa, deməli...
Evə baxmağın qiyməti 900 min dollardır
Bakını toz-duman bürüdü
Azərbaycandakı bu sürüşmə zonaları aktivləşib
Alimlərdən zəlzələ barədə xəbərdarlıq
FES rəhbəri istefa verdi
UEFA XXI əsrin rəmzi komandasını açıqladı
“Azərbaycan bu sahədə ilk yerləri tutur”
Sabah Azərbaycanda toz dumanı olacaq

      

06.08.2017  16:24 

Hacının “Ağ Şəhər“ planına düşən obyektini kompensasiya ödəmədən uçurdular





A+  A-

"Ağ şəhər" planına düşən obyekt uçurulub, ancaq sahibinə kompensasiya ödənilməyib. Belə ki, kiçik sahibkar Məmmədov Rasim Məmməd oğluna məxsus Xətai rayonu, Süleyman Vəzirov 31 ünvanında yerləşən və ümumi sahəsi 25 sot olan ərazi bir müddət əvvəl "Ağ Şəhər" layihəsinin planına düşüb. İçərisində təxminən 1500 kvadrat metirlik obyekt olan ərazinin boşaldılması üçün Rasim Məmmədov avqust ayının 2-də xəbərdarlıq alıb. Ona bildirilib ki, obyekti plana düşdüyü üçün söküləcək. Rasim Məmmədov isə obyektinin sökülməsine görə, kompensasiya tələb edib. Ancaq, iş icraçıları tərəfindn ərazinin ve söküləcək obyektin qarşılığında Rasim Məmmədova heç bir kompensasiya məbləğinin ödənilməyəcəyi deyilib. Rasim Məmmədov isə buna etirazını bildirdikde iş icraçıları tərəfinden sözügedən ünvana ağır texnikalar getirilib və obyekt uçurulmağa başlanılıb. Çox keçməyib ki, obyekt içərisi əşyalarla dolu halda uçurulub.
Rasim Məmmədov deyir ki, torpaqla yanaşı orada inşa edilen obyektlərin bütün sənədləri qaydasındadır və öz adınadır. Yəni söküntü işlərinin qarşılığında ona obyekt ve torpaq sahəsinin qarşılığında kompensasiya verilməlidir. Ancaq onun bu istəyi cavabsız qalıb. Üstəlik illərdir zəhmət çəkib inşa etdirdiyi obyekti darmadağın edilib. Bununla bağlı Rasim Məmmədov yuxarı instansiyalara müraciət də edib. Buna baxmayaraq hələ də onun problemi həll edilməyib. Rasim Məmmədov aidiyyatı qurumlardan ona kömək etmələrini xahiş edir və mülkünün qarşılığında kompensasiya ödənişinin edilməsini istəyir.

Sujətlə bağlı videomaterialı teqdim edirik:











XəzərNews.az

Xəbər 1141 dəfə oxunub.




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

21.11.2017  10:24 

Bakını toz-duman bürüdü

21.11.2017  08:41 

FES rəhbəri istefa verdi

20.11.2017  17:34 

Sabahın məzənnəsi

20.11.2017  16:25 

Merkeli istefaya çağırdılar


BÜTÜN XƏBƏRLƏR +