Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“
Rusiya Ukrayna ordusunun itkilərinin sayını AÇIQLADI


27.07.2017  16:57 

“Planet”in sahibi həbs edildi - Ağac kəsməyə görə





A+  A-

Bakıda qanunsuz olaraq ağac kəsməyə görə daha 3 nəfər həbs edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növlü (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlu üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan “Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsiblər.

Faktla bağlı cinayət işi başlanıb. V.Salmanov və S.Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən qanunsuz ağac kəsmə küllli miqdarda ziyan vurmaqla törədildikdə), V.Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 2652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +