Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


11.07.2017  12:27 

Onkoloji xəstəliklərlə bağlı - Pulsuz tibbi müayinə





A+  A-

İyulun 3-dən 7-dək Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası Beyləqan və Ağcabədi rayonlarında onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinələr təşkil edib.
XəzərNews.az xəbər verir ki, “Erkən müayinə, Sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin başçılıq etdiyi 14 nəfərlik həkim briqadası aparıb.

RİİB nümayəndələri və könüllüləri Beyləqan və Ağcabədi rayonları, o cümlədən Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tibbi müayinələrə ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onların layihədə iştirakını təşkil ediblər. Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, abdominal onkoloji, döşqəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrdən keçib.

Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin, Ağcabədi Mərkəzi Xəstəxanası tərəfindən aparılıb. Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.

Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır. Tibbi müayinələrin respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Onların təhlili nəticəsində RİİB mütəmadi olaraq regionlarda səhiyyə ilə bağlı müxtəlif layihələr, o cümlədən pulsuz tibbi müayinələr təşkil edir.

Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +